Beynəlxalq Man Booker mükafatını macar yazıçı qazandı

Macar yazıçısı László Krasznahorkai Beynəlxalq Man Booker mükafatına layiq görülüb.
İngiliscə nəşr olunan "Müqavimətin melanxoliyası" və digər romanlarına görə.
Britaniyada təsis edilən, dəyəri 60,000 funt sterlinq (təxminən 60 min dollar) olan bu mükafat əsərini ingiliscə yazan, yaxud əsəri ingiliscəyə çevrilən nasirlərə verilir.
Münsiflər heyətənin rəhbəri Marina Warner 61 yaşlı Krasznahorkai-nın əsərlərini Kafkanın nəsri ilə müqayisə edib.
"Müqavimətin melanxoliyası" sürreal əsərdir.
Kiçik macar şəhərinə səyyar sirk gəlir. Onlar dünyanın ən böyük balinasının cəsədini nümayiş etdirəcəklərini elan edirlər.
Bu qəribə xəbər şəhərin ovqatını dəyişir, insanları qorxuya salır, şayiələr yayılır.
Bu apokaliptik xaosdan istfadə edib şəhərdə hakimiyyəti ələ keçirmək istəyənlər də var...
Bütün bunlar həm də, Avropada qorxuya əsaslanan faşizm, kommunizm kimi ideologiyaların kütlələri necə özünə tabe etməsinin metaforasıdır. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















