Bu gün “Eurovision” müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək

Bu gün Avstriyanın paytaxtı Vyanada "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
"Report" xəbər verir ki, ikinci yarımfinalda 17 ölkə - Azərbaycan, Çexiya, İrlandiya, Norveç, Malta, San-Marino, Portuqaliya, Litva, Latviya, Sloveniya, İsveçrə, Monteneqro, Polşa, İsveç, Kipr, İsrail və İslandiya çıxış edəcək.
Azərbaycan təmsilçisi Elnur Hüseynov 11-ci sırada "Hour of the Wolf" mahnısını oxuyacaq.
Müsabiqədə 39 ölkə təmsil olunur. İtaliya, İspaniya, Böyük Britaniya, Almaniya, Fransa və 2014-cü ilin qalibi olmuş Avstriya mayın 23-də keçirilən finalda birbaşa çıxış edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















