Azərbaycanlı generala həsr edilmiş film göstəriləcək

Bu gün Nizami Kino Mərkəzində "Yüksəliş” adlı tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.
ANS PRESS-in məlumatına görə, film tanınmış rejissor, xalq artisti Vasif Babayevin "Salnamə” studiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
Film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına sədrlik etmiş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.
Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri - akademiklər Arif Paşayev və Arif Mehdiyev, ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərovdur.
Ekran əsərində 1970-1980-ci illərin xronikasını operatorlar Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov canlandırıblar.
Filmin redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















