• $
  • €
  • ₽
  • ₺
  • £

“Köçəri” rəqsinin erməniləşdiriləməsi baş tutmadı

“Köçəri” rəqsinin erməniləşdiriləməsi baş tutmadı
01.06.2015 18:16
Azərbaycanın Müəllif Hüquqları Agentliyi Ermənistanın mədəniyyət naziri tərəfindən Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri”nin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsi üçün UNESCO qarşısında məsələ qaldırılması ilə bağlı açıqlama yayıb.

Müəllif Hüquqları Agentliyinin verdiyi xəbərə görə, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Bildirilib ki, ermənilər Azərbaycanın "Sarı gəlin”, "Süsən sünbül” və onlarca digər xalq mahnısını, "Yallı”, "Vağzalı”, "Köçəri”, "Uzundərə”, "Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.

Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyil. Belə cəhdlərdən biri kimi "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman "Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlayıb, "Köçəri” rəqsinin Azərbaycan xalqına məxsus olması barədə agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və "Köçəri” sözünün etimologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.

"Köçəri” sözünün etimologiyasına gəldikdə, qeyd edək ki, Mahmud Kaşğarinin məşhur "Divani lüğət” kitabında "köçəri” sözü aşağıdakı mənalarda verilib: koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək.

"Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim "Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də "Yallı” rəqsinin təsvirləri verilib.

Erməni musiqi plagiatı pirat diskləri vasitəsilə yayılaraq MDB hüdudlarını çoxdan aşıb. Misal üçün, ABŞ-ın Los-Anceles şəhərində "Parseqyan-Rekords” tərəfindən buraxılan "Klarnet və zurna” erməni CD-ni göstərmək olar. Erməni plagiatının sxemi ənənəvidir: klarnet və tütəkdə ifa olunan 14 kompozisiyada ön planda erməni ifaçılarının adları çəkilir, Azərbaycanın 12 müəllif əsərindən və folklor musiqisindən ibarət kompozisiyanın mənşəyi haqqında isə heç bir məlumat verilmir. "Şərur yallısı”, "Köçəri”, "Bənövşə”, "Fuadı”, Zabul rəngi”, İbrahim Topçubaşovun "Söz olmasaydı” və başqa əsərlər bunların sırasındadır. Plagiatçılar öz "oğurluqlar”ını "Armenians Best...” ümumi adı altında, yəni ən yaxşı erməni nümunələri kimi "möhkəmləndirilir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol