"Azərbaycanfilm" kinostudiyası iki yeni film çəkəcək

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında iki yeni bədii filmin çəkilişlərinə hazırlıq gedir.
"Report" xəbər verir ki, ilk filmi rejissor Mirsadıq Ağazadə ekranlaşdıracaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkiləcək "Köşk" filminin ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadədir.
"Azərbaycanfilm" kinostudiyasının sifarişi ilə çəkiləcək ikinci ekran əsəri qısametrajlı bədii film olacaq. Emin Mirabdullayevin çəkəcəyi "Postskriptum" adlanan filmin ssenari müəllifi Ramiz Fətəliyevdir.
Hazırda "Azərbaycanfilm" kinostudiyasında hər iki film üzərində iş gedir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















