Qulu Məhərrəmli: “Xoşqədəmlə Zaurun verilişinin bağlanması çıxış yolu deyil”

"I Avropa Oyunları zamanı telekanallardakı bayağı verilişlərin bağlanması çıxış yolu deyil”. Bu sözləri Modern.az-a açıqlamasında jurnalist-teletənqidçi Qulu Məhərrəmli deyib.
O, bildirib ki, telekanallarda həmin verilişlərin bağlanması əvəzinə onların səviyyəsini, peşəkarlığını, keyfiyyətini yüksəltməliyik. "Söhbət proqramları bağlamaqdan getmir, söhbət onların səviyyəsini artırmaqdan gedir, maraqları formatları ifadə etməkdən gedir. Televiziyalar tamaşaçılar üçün bu problemi ortaya çıxarıb ki, onlar narazılıq edirlər, proqramlara öz mənfi münasibətlərini ifadə edirlər”.
Q.Məhərrəmli bildirib ki, bunu məhz ölkəyə gələcək qonaqlar üçün etməməliyik. "Oyunlar ərəfəsində tamaşaçı kimi aktivləşib sonra yenidən həmin vəziyyətə qayıtmaq, proqramları bağlayıb, sonra yenidən açmaq çıxış yolu deyil. Hesab edirəm ki, bu cür yanaşma yanlışdır, keyfiyyətə diqqət yetirmək lazımdır”.
Qeyd edək ki, Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Dilarə Vəliyeva I Avropa Oyunları ərəfəsində ATV və ANS telekanallarında Zaur Baxşəliyev və Xoşqədəm Baxşəliyevanın təqdimatında yayımlanan verilişlər dayandırılması təklifi ilə çıxış etmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















