“Azərbaycan səhər yeməyi"nə şəhadətnamə verildi

Təbii ki, bu, Azərbaycandan asılı olan məsələ deyil. Rusiyada və digər ölkələrdə böhran baş verib ki, bütün bunlar hamısı bu məsələyə öz təsirini göstərir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə 2014-cü il üzrə Azərbaycan sərhədlərini keçən əcnəbilərin sayının azaldığı qeyd olunub. Lakin komitənin açıqladığı digər rəqəmlərə əsasən 2014-cü ildə Azərbaycana gələn turistlərin sayı çoxalıb”.
APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, 2014-cü ildə turizm sahəsi Ümumi Daxili Məhsulun 4,11 faizini təşkil ediB: "2013-cü ildə isə turizm Ümumi Daxili Məhsulun 3,16 faizini təşkil edib. Ümumilikdə, enerji, neft və qaz emalı ilə məşğul olan ölkələrdə bu rəqəm 2 faizdən yuxarı çıxmır. Ümumi Daxili Məhsulda turizmin 4,11 faiz təşkil etməsi böyük uğurdur”.
Nazirin qeyd edib ki, ölkədə 95 faizdən çox mehmanxana lisenziyalaşdırılıb: "Mən Bakıda keçiriləcək I Avropa Oyunları zamanı ölkəmizə təşrif buyuracaq turistləri bu mehmanxanalardan istifadə etməyə çağırıram. Çünki bu mehmanxanalar bizim nəzarətimiz altındadır. Onu da qeyd edim ki, biz Azərbaycan səhər yeməyinin şəhadətnaməsini almışıq və bu bizə imkan verir ki, Avropa Oyunları zamanı biz öz səhər yeməyimizi turistlərə təqdim edək”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















