"YUĞ" teatrında "Zibillik" tamaşası səhnəyə qoyulacaq

"YUĞ" Dövlət Teatrında gənc rejissor Günay Səttarovanın quruluşunda türk yazıçısı Turqay Narın "Zibillik" əsəri tamaşaya hazırlanır.
"Report" xəbər verir ki, teatrda tamaşanın məşqləri gedir.
Səhnə əsərində "YUĞ" Teatrının aktyorları Amid Qasımov, Oqtay Mehdiyev, Rasim Cəfərov, Təranə Atacan, Zümrüd Qasımova və Vüqar Hacıyev rol alıb.
Hazırda məşqləri gedən tamaşa yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək.
Qeyd edək ki, "Zibillik" tamaşası ilk dəfə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində göstərilib. Həmin ərəfədə Mingəçevir Teatrının baş rejissoru olan Günay Səttarova əsərə quruluş verib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















