Orxan Pamukun romanına film çəkildi

"Məsumiyyət Muzeyi" film oldu
Rejissor Grant Gee Nobel mükafatlı türk yazıçı Orxan Pamukun 2008-ci ildə nəşr olunmuş "Məsumiyyət muzeyi” romanı əsasında film çəkib. Film nümayişə hazırlıq mərhələsindədir.
Oxu zalı Screen Daily səhifəsinə istinadən xəbər verir ki, "bu orijinal ssenarinin" satışı ilə bir neçə Britaniya və Fransa şirkəti məşğul olub. Film "Xatirələr məsumluğu” adıyla oktyabrda hələlik adı açıqlanmayan bir payız festivalında nümayiş etdiriləcək.
Orxan Pamuk özü də filmdə rol alıb. Romandakı Kemal rolunu türk aktyor Mehmet Ergen ifa edib. Çəkilişlərin hamısı İstanbulda baş tutub.
Rejossor Grant Gee "Radiohead”, "Blur” kimi alternativ rok qrupları üçün musiqili videolar çəkməsilə məşhurdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















