İtaliya ansamblı və Azərbaycanın simfonik orkestrinin birgə konserti olacaq

Konsert iyunun 24-də keçiriləcək
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında İtaliyanın "Le Dev4s" ansamblı və Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin birgə konsert proqramı keçiriləcək.
"Report" xəbər verir ki, məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Konsert iyunun 24-də keçiriləcək. Musiqiçi və prodüser Françeska Volpini tərəfindən yaradılan "Le Dev4s" dörd italiyalı sopranosundan ibarət ansambldır. Yalnız qadınlardan ibarət olan bu ansambl Motsart, Bellini, Verdi və Puçini də daxil olmaqla ən məşhur opera nümunələrinin və mahnıların interpretasiyasını təqdim edir.
Konsert proqramı saat 21:00-da başlayır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















