Prezident Azərinə “xalq artisti” adı verdi

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
ANN.Az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilib:
"Xalq artisti”
Tağıyeva Anaxanım (Azərin) Ehtibar qızı – baş leytenant
"Əməkdar mədəniyyət işçisi”
İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant
Bayramova Zəminə Məhəmməd qızı
"Əməkdar müəllim”
Həsənova Lalə Sadıq qızı
Məmmədov Bayram Heydər oğlu
"Əməkdar həkim”
Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki
Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki
İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















