Şəki Dövlət Dram Teatrı Türkiyədə keçirilən festivalda

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Tükiyənin Konya və Giresun şəhərlərində kecirilən türkdilli xalqların beynəlxalq teatr festivalında iştirak edib.
"Report" xəbər verir ki, Şəki Teatrı festivalda J.B.Molyerin "Xəsis" komediyasını təqdim edib.
Tamaşa Türkiyə səhnəsində uğurla nümayiş etdirilib və "Xəsis" komediyası festivalın ən yaxşı tamaşası kimi qəbul olunub.
Qeyd edək ki, "Xəsis" komediyasının quruluşçu rejissoru, Şəki Teatrının baş rejissoru Mirbala Səlimli, tamaşanın rəssamı, əməkdar rəssam Qüdrət Məmmədov, musiqi tərtibatçısı İlqar Saatov və Mirbala Səlimlidir.
Tamaşada əsas rolları Əbülfət Salahov, Xanlar Həşimzadə, Aydın Əlibalayev, Çingiz Novruzəliyev, Akif Yusifov, Rəşad Əsgərov, Rəhim Qocayev, Pərviz İsmayılov, Sima Şabanova və başqaları oynayır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















