Türk kinosunun məşhur siması xəstəxanaya düşdü

"Yeşilçam”ın usta aktyorlarından olan Nuri Alçonun səhhətində problemlər yaranıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə kino sənətində yaratdığı obrazlarla yadda qalan məşhur aktyor Nuri Alço tənəffüs almaqda çətinlik çədiyi üçün xəstəxanaya aparılıb. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Xəbərdə bildirilir ki, özəl xəstəxanalardan birinə yatırılan aktyor təcili olaraq əməliyyata alınıb və tibbi müdaxilə edilib.
N.Alçonun əməliyyatı uğurla keçsə də bir müddət hələ xəstəxanada yatırılacağı deyilir.
Qeyd edək ki, məşhur aktyor Nuri Alço xüsusilə müğənni Əmrahın da rol aldığı filmlərdəki mənfi obrazları ilə yaddaşlara həkk olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















