Mövsüm “O olmasın, bu olsun”la bağlanacaq

Azərbaycan Dövlət Musiqili Teatrı 105-ci mövsümünə gələn ay yekun vuracaq. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu ANN.Az bildirib ki, sona çatmaqda olan mövsüm uğurlu və əlamətdar hadisələrlə zəngin olub.
Belə ki, mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Ən əsası Musiqili Teatrın bir çox tamaşaları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə edilərək I Avropa Oyunlarıyla əlaqədar ölkəmizə gəlmiş qonaqlara – turistlərə, idmançılara tərcümə sətirlər - qaçan titrlər vasitəsilə nümayiş olunub və onların yaddaşında dərin iz buraxıb. Mövsümün bağlanış günü – 12 iyul saat 19.00-da dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq.
Xatırladaq ki, "O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın 105-ci mövsümdəki ən uğurlu tamaşalarından biri olub. Tamaşada Məşədi İbad obrazını canladıran Əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Milli Mükafatına layiq görülüb.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















