• $
  • €
  • ₽
  • ₺
  • £

​XİN: Azərbaycan səfirlikləri erməni hücumlarına məruz qalıb

​XİN: Azərbaycan səfirlikləri erməni hücumlarına məruz qalıb
06.09.2015 17:00
Azərbaycanın Hollandiya, Belçika və Qətərdəki səfirliklərinin internet ünvanları 5 sentyabr 2015-ci il tarixində özünü "Artsax kiber ordusu” adlandıran qrup tərəfindən kiber terror hücumlarına məruz qalıb.


XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a verdiyi məlumata görə, qısa müddət ərzində səfirliklərin internet saytlarının fəaliyyəti bərpa edilib.


H. Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı əsasda həyata keçirilir.


"Qəsdən vəziyyəti gərginləşdirmək üçün atəşkəs rejimini kobud şəkildə pozan, cəbhə zonasında təxribat-diversiya əməliyyatları törədərək məğlubiyyət və insan itkisi ilə üzləşən və diplomatik müstəvidə tamamilə təcrid olunmuş vəziyyətə düşən Ermənistan kiber terrorizm əməllərinə əl atmaqla, öz uğursuzluqlarını "kompensasiya” etməyə cəhd göstərir.


Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları "host” edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməlləridir", - deyə o qeyd edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol