• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat AŞ PA-nı kəskin tənqid etdi

Deputat AŞ PA-nı kəskin tənqid etdi
29.05.2020 12:08
Millət vəkili Qənirə Paşayeva bu gün AŞ PA-da "Aralıq dənizi: qanunsuz miqrasiya üçün əsas qapıdır" adlı sənədin müzakirəsi zamanı çıxış edib.

Trend-in məlumatına görə, millət vəkili deyib: "Mən bir neçə gün əvvəl Türkiyədə Suriya və İraqdan olan köçkünlərlə görüşdüm. Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası 2014-cü ildə dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq. Çünki köçkünlər məsələsində Avropanın Türkiyəni maddi və mənəvi anlamda tək buraxdığını görürük".

Q.Paşayeva bildirib ki, Türkiyənin köçkünlərlə bağlı 9 milyard dollara yaxın xərcləri yanında beynəlxalq ictimaiyyətin, Avropanın 455 milyon dollar yardımı çox azdır və Avropa dəstəyini artırmalıdır: "Eyni zamanda müzakirə etdiyimiz məruzədə Türkiyədə köçkünlərin sayı 1,9 milyon göstərilib, amma rəsmi rəqəmlər 2,5 milyondur. Məruzəçinin bunu düzəltməsi vacibdir. Türkiyə köçkünləri qəbul etdiyi zaman etnik və dini kimlik ayrımı qoymur. Amma təəssüf ki, bu münasibəti bir çox Avropa ölkələrində görə bilmirik. Biz onları Türkiyədən örnək almağa və köçkünləri qəbul etdiklərində və dəstək göstərdiklərində etnik və dini kimlik ayrımı etməməyə çağırırıq. Bir neçə gün əvvəl Suriya və İraqdan köçkün düşmüş türkmənlərlə, onların təmsilçiləri ilə görüşdüyümüz zaman onlar bizdən səslərini burada duyurmağımızı istədilər. Köçkün düşmüş bu qardaşlarımız Avropanı onları köçkün salan səbəblərlə daha aktiv mübarizəyə çağırdılar".

Millət vəkili əlavə edib ki, səbəblərlə mübarizə güclənməzsə, köçkün sayı daha da artacaq və daha böyük problemlər ortaya çıxacaq: "Assambleya ötən gün "Azərbaycanın işgal edilmiş Dağlıq Qarabağ və digər bölgələrində vəziyyətin gərginləşməsi” adlı məruzənin səsverməsi zamanı ortaya cıxan üzücü mənzərə kimi münasibətə yol verməməlidir. Belə münasibət olmamalıdır. Öz evinə dönə bilməyən və Assambleyadakı müzakirələri izləyən 1 milyondan çox azərbaycanlı qaçqın və köçkünlərin nə qədər böyük üzüntü duyduğunu burada anlatmaq mənim üçün çox çətindir. Onlar çox üzgün oldular. Bunları söyləməyimdə məqsədim bilirsinizmi nədir? Assambleyanın belə münasibətlərinin doğru olmadığını bir daha açıq şəkildə vurğulamaq. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan nəticələr, ortaya çıxan acı durumlar, faciələrı önləmək də çox çətindir. Bir düşünün. İnsanlar niyə evini buraxıb qaçırlar? Onlar ölümdən, öldürülməkdən qaçırlar və belə insanlara etnik və dini kimliyindən asılı olmayaraq fərq qoymadan dəstək göstərmək bütün Avropada ilk növbədə bir insanlıq vəzifəsi kimi qəbul edilməlidir".
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol