• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin bəzi komitələri yenidən formalaşdırıldı

Milli Məclisin bəzi komitələri yenidən formalaşdırıldı
29.05.2020 08:38
Parlamentin fevralın 1-də keçirilən iclasında komitələrin yeni üzvləri təsdiqlənib

Milli Məclisin 10 komitəsi yenidən formalaşdırılıb. 

"Report" xəbər verir ki, parlamentin fevralın 1-də keçirilən iclasında komitələrin yeni üzvləri təsdiqlənib. 

Yenidən formalaşdırma nəticəsində Məlahət İbrahimqızı və Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü olublar. 

Bundan başqa, Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə Elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyeva Səhiyyə komitəsinin tərkibinə daxil ediliblər. 

Qeyd edək ki, komitələrin yenidən formalaşdırılması Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişikliklərlə bağlıdır.
Dəyişikliyə əsasən, artıq bir deputat eyni zamanda parlamentin iki komitəsində təmsil oluna biləcək. Əvvəlki qaydalar bir deputatın yalnız bir komitənin üzvü olmasına imkan verirdi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol