• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Cavad Zərifi qəbul etdi

İlham Əliyev Cavad Zərifi qəbul etdi
07.04.2016 15:33
Azərbaycan  Prezidenti İlham Əliyev aprelin 7-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Oxu.Az-ın xəbərinə görə, İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmini qeyd edən dövlətimizin başçısı üçtərəfli görüşün regional əməkdaşlığımızın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xarici işlər naziri Məhəmməd Cavad Zərifin ölkəmizə səfəri zamanı Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçiriləcəyinə toxunan Prezident İlham Əliyev hər iki tərəfin bu sahələrdə fikirlərinin üst-üstə düşdüyünü vurğulayıb, səfərin ikitərəfli əlaqələrimizi əhatə edən bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını bildirib.

Dövlətimizin başçısı İrana son səfərini məmnunluqla xatırlayaraq İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə dünən baş tutmuş telefon söhbətində də bir daha səfər zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdiyini deyib.

Səfəri çərçivəsində bir sıra məsələlərlə bağlı razılıq əldə olunduğunu, çoxlu sayda sənədlərin imzalandığını qeyd edən Prezident İlham Əliyev bunun ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb və bu səfəri tarixi səfər kimi dəyərləndirib.

Azərbaycan ilə İran arasında əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasından məmnunluğunu bildirən dövlətimizin başçısı ölkəmizin mövcud əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu deyib, qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini qeyd edib.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyevin İrana səfərini xatırlayan Məhəmməd Cavad Zərif bu səfərin ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsinə tarixi töhfə verdiyini vurğulayıb. İranın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, İran və Rusiya prezidentlərinin razılığı əsasında həyata keçirilən üçtərəfli əməkdaşlıq formatının önəmini qeyd edib.

Azərbaycan və Rusiyadan olan həmkarları ilə əməkdaşlığın müxtəlif sahələri ətrafında müzakirələrə artıq başladıqlarını bildirən Məhəmməd Cavad Zərif ölkələrimiz arasında tranzit, gömrük məsələləri, ekstremizmə qarşı mübarizə, həmçinin turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Məhəmməd Cavad Zərif qeyd edib ki, bu üçtərəfli format İranın həm Azərbaycan, həm də Rusiya ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, həmçinin ölkələr arasında üçtərəfli əməkdaşlığın inkişafı üçün tarixi fürsət yaradır.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol