• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Əsassız qətnamələrin qəbul edilməsi ölkəmizin Avropa Parlamenti ilə əlaqələrinin kəsilməsinə səbəb olub”

İlham Əliyev: “Əsassız qətnamələrin qəbul edilməsi ölkəmizin Avropa Parlamenti ilə əlaqələrinin kəsilməsinə səbəb olub”
29.05.2020 06:22
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupun vitse-sədri, "Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edib.

"Report”un xəbərinə görə, dövlət başçısı Avropa Parlamenti ilə əlaqələrdə qurumun ölkəmizlə bağlı qəbul etdiyi qətnamələrin əsas rol oynadığını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, təhqirlərlə dolu və tamamilə əsassız olan həmin qətnamələrin qəbul edilməsi ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub. Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib.

Dövlət başçısı vurğulayıb ki, qurumun ən yüksək rütbəli şəxsləri - prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir və onlar tərəfindən səsləndirilən təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub. Prezident İlham Əliyev bildirib ki, bu cür münasibətlərin nəticəsi olaraq indiyədək Azərbaycan parlamentində bu qurumla əməkdaşlıq üzrə işçi qrupu yaradılmayıb. Bütün bunlarla bərabər, Avropa Parlamentində Azərbaycana ədalətlə yanaşan deputatların da olduğunu bildirən dövlət başçısı onların məsələlərə obyektiv yanaşdıqlarını deyib, ötən ilin sentyabrında son qətnamənin qəbulu zamanı Azərbaycana böyük dəstək nümayiş etdirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Avropa Parlamentinin bəzi rəhbər şəxslərinin ədalətsiz anti-Azərbaycan qətnamələrinin qəbulunda tutduqları mövqe Avropa Komissiyasının mövqeyinə ziddir.

Prezident İlham Əliyev qeyd edib ki, ötən il Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana uğurlu səfəri çərçivəsində hər iki tərəf əlaqələrimizin inkişafına böyük maraq göstərib. Bu ilin fevral ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin ölkəmizə səfəri Avropa Komissiyası-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi işinə xidmət edib. Hazırda bu əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Avropa İttifaqına üzv olan bir çox dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, ya da qəbul edilib. Eyni zamanda, Azərbaycan Avropa Şurasında öz fəaliyyətini uğurla davam etdirir və Avropa Şurası da Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. Bütün bunlar bir daha göstərir ki, Avropa Parlamentinin bəzi rəhbər şəxsləri və anti-Azərbaycan qruplaşmaları öz ədalətsiz mövqeləri ilə sadəcə olaraq Avropa-Azərbaycan əlaqələrini pozmaq istəyirlər və nə qədər ki, bu destruktiv qüvvələr öz siyasətində düzəlişlər etməyəcəklər, Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini bərpa etmək fikrində deyildir.

Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupun vitse-sədri, "Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Azərbaycan ilə yaranmış vəziyyətin dəyişməkdə olduğunu deyib və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin bərpa olunması istəyini ifadə edib. Avropa Parlamentində özünün daxil olduğu liberal-demokratlardan ibarət fraksiyanın - ALDE qrupun fəaliyyətinin ölkəmizə dəstək nümayiş etdirdiyini vurğulayan Norika Nikolai qrupun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığına dair hesabat hazırladıqlarını bildirən Norika Nikolai qeyd edib ki, ölkəmizə səfərində məqsəd bu hesabatla bağlı yekun fikir mübadiləsi aparmaqdır.

Dövlət başçısı xanım Norika Nikolaiyə obyektiv və ədalətli mövqeyinə görə minnətdarlığını bildirib və Avropa Parlamentində Azərbaycanın dostları olan deputatlara onun salamlarını çatdırmağı xahiş edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol