• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda keçiriləcək Beynəlxalq Müdafiə sərgisinin müddəti uzadılıb

Bakıda keçiriləcək Beynəlxalq Müdafiə sərgisinin müddəti uzadılıb
29.05.2020 06:54
Sentyabr 27-30-da Bakıda "ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək.
 
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və "Caspian Event Organisers” (CEO) şirkəti "ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edir, Müdafiə Nazirliyi isə sərgiyə dəstək verir.
 
CEO-dan APA-ya verilən məlumata görə, müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan "ADEX” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq.

Xarici ölkələrdən onlarla rəsmi nümayəndə heyətinin ziyarət edəcəyi sərginin mühüm cəhəti ölkə rəhbərliyi tərəfindən dövlət dəstəyinin göstərilməsidir.
 
Beynəlxalq nümayəndə heyətləri, habelə xarici şirkətlər tərəfindən "ADEX 2014” sərgisinə göstərilən böyük maraq nəzərə alınaraq 2016-cı ildə sərginin iş müddəti 4 günə qədər uzadılıb.
 
Artıq 150-dən çox şirkət "ADEX 2016” sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya edib. 2016-cı ildə sərgidə iştirak edəcəyini təsdiqləmiş şirkətlər arasında "Aselsan”, "CETC”, "Damen”, "MBDA”, "Norinco”, "IAI”, "Roketsan”, "Rosoboronexport”, "Thales” və digər şirkətlər var.
 
Sərginin qeydiyyat sponsoru Türkiyə Müdafiə Sənayesi Katibliyidir.
 
Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər. Belə ki, sərginin informasiya dəstəyi aparıcı ixtisaslaşmış jurnallar, veb-saytlar və informasiya agentlikləri tərəfindən təmin olunur. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın "IHS Jane's Defence Weekly” dərgisi, Rəsmi Gündəlik "Onlayn" Sərgi Xəbərləri isə Belçikanın "Army Recognition” saytıdır. "Azeri Defence” jurnalı sərginin informasiya tərəfdaşı qismində çıxış edir.
 
Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək. Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.
 
Sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri, mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.
 
Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir. "ADEX 2016” sərgi ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün mühüm platformaya çevriləcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol