• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmovun oğlu kralın qəbulunda - FOTOLAR

Abel Məhərrəmovun oğlu kralın qəbulunda - FOTOLAR
29.05.2020 00:47
Azərbaycan Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov sentyabrın 8-də İspaniya Kralı VI Felipeyə etimadnaməsini təqdim etmək üçün Kral Sarayında bu səbəblə təşkil edilmiş xüsusi mərasimdə iştirak edib. Xüsusi mərasimdən sonra səfir A.Məhərrəmov etimadnaməsini təqdim edib.

AZƏRTAC-ın məlumatına görə, etimadnamə təqdim edildikdən sonra Kral VI Felipe səfir A.Məhərrəmovu salamlayaraq, onu İspaniyaya yenidən, artıq səfir qismində təyin olunması münasibətilə təbrik edib. Daha sonra səfir A.Məhərrəmov Kral VI Felipenin müşayiəti ilə səfirlərlə görüş üçün ayrılmış xüsusi otağa dəvət olunub.

Görüş zamanı Kral VI Felipe səfir A.Məhərrəmovu bir daha salamlayaraq, ona gələcək fəaliyyətində uğurlar diləyib. Kral VI Felipe İspaniyanın Azərbaycanla əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və bu baxımdan Azərbaycanda gedən inkişaf tempini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini yaxından izlədiyini qeyd edib.

Öz növbəsində səfir A.Məhərrəmov onun etimadnaməsini qəbul etdiyinə görə Kral VI Felipeyə təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Kral VI Felipeyə və bütövlükdə Kral ailəsinə çatdıran səfir A.Məhərrəmov Prezidentin adından Kral VI Felipeni ona uyğun bir zamanda Azərbaycana səfər etməyə dəvət edib.

Kral VI Felipe səmimi salamlarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirərək, onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. Kral VI Felipe ölkəsində hazırda davam edən siyasi böhranla bağlı məlumat verərək, bu il oktyabr ayının 31-dək siyasi partiyalar arasında hər hansı bir razılıq əldə olunmasa, cari ilin dekabr ayında növbədənkənar üçüncü seçkilərin keçiriləcəyini və bu səbəbdən cari ildə öz gündəliyinə hər hansı bir xarici səfəri daxil edə bilməyəcəyini təəssüflə qeyd edib. Bununla belə, ölkəmizə böyük marağı olduğuna görə yaxın gələcəkdə Azərbaycana məmnuniyyətlə səfər etmək arzusunda olduğunu xüsusilə vurğulayıb.

Görüşdə, həmçinin İspaniyanın xarici işlər və əməkdaşlıq naziri vəzifəsini icra edən Xose Manuel Qarsia-Marqayo da iştirak edib.
 
Səfir Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur.

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol