• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə hər an başlaya bilər

Müharibə hər an başlaya bilər
01.07.2017 20:37
Ermənistan Silahlı Qüvvələri təmas xətti boyunca təxribat xarakterli hücumlar etməkdə davam edirlər. Son aylar ərzində təşkil edilən hücumların çox hissəsi Füzuli, Xocavəd və Ağdam istiqamətində törədilir. Mayın 16-da da düşmən Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub.

"AzeriDefence”nin "Hücumların ən çox bu istiqamətdə təşkil olunmasının və ermənilərin bu ərazilərə aktivliyinin səbəbi nədir?” sualını şərh edən hərbi ekspert Nazim Bayramovun fikrincə, ermənilərin bu istiqamətlərdə fəallaşmaları bizim mümkün hücumun əsas zərbəsini məhz bu istiqamətlərdən gözləməkləri ilə bağlıdır:

"Ermənilər anlayır ki, onların müdafiəsi bizim zərbələrə və hücuma tab gətirməyəcək. Buna görə, şübhəsiz ki, fəal müdafiə taktikası seçəcəklər. Bunu onların hərbi təlimlərinin ssenarilərindən də anlamaq olar – hücumun dəf edilməsi və əkshücum”, – deyə ekspert vurğulayıb.

N.Bayramov sözlərinə görə, müdafiə oluna bilməyəcəyi səbəbindən düşmən Azərbaycan Ordusuna qabaqlayıcı zərbə endirməyə cəhd edir: "Fəallaşmalar bununla da bağlı ola bilər. Düşmənin istənilən məkrinə hazır olmalıyıq. Müdafiəmiz tələb olunan səviyyədədir. Onların istənilən hücumu dəf etməyə qadirik. Hətta deyərdim, düşmən bu addımı ilə bizə genişmiqyaslı hücuma keçməyə əsas verərdi”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol