• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan bizi bu silahlarla məhv edəcək” – Ermənistanda müharibə qorxusu

“Azərbaycan bizi bu silahlarla məhv edəcək” – Ermənistanda müharibə qorxusu
07.07.2017 16:05
Erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək iki yaşlı Zəhranın və nənəsini qətlə yetirməsi bu ölkənin ictimaiyyətində müharibə qorxularını artırıb.

Publika.az xəbər verir ki, erməni jurnalist Sarkis Artsruni müharibənin başlayacağı haqda yazıb.

Erməni jurnalist qeyd edir ki, "biz müharibəyə yaxınlaşdıq və bu, Ermənistan üçün böyük təhlükə ola bilər”.

"Hətta "aprel müharibəsi”ndən də təhlükəli olan döyüş başlaya bilər. "Aprel müharibəsi” "ildırımsürətli” idi. İndi isə müharibənin motivləri çox dərin və çoxqatlıdır”, - deyə o vurğulayıb.

S.Artsruni yazır ki, Azərbaycan Dağlıq Qarabağda mövcud statrus-kvonu dəyişdirmək üçün geri çəkilməyəcək: "Ermənistanda isə Serj Sarkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün bu müharibədən istifadə edir”.

Digər erməni jurnalist Tavos Arşakyan isə mümkün müharibədə Rusiyanın Ermənistanı müdafiə etməyəcəyini düşünür.

"Rusiya Azərbaycana silah satır və qarşıdakı müharibədə Azərbaycan bu silahlarla bizim əsgərləri məhv edəcək. Rusiya isə "müttəfiq” Ermənistanın yox, dostu Azərbaycanı müdafiəsində duracaq”, - deyə o yazıb.

Rusiyalı politoloqlar da Dağlıq Qarabağ üfüqündə müharibənin göründüyünü hesab edirlər.

Rusiya İctimai Palatasının üzvü, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov hesab edir ki, münaqişə "isti mərhələ”də davam edir: "Dinc sakinlərin həlak olması qorxunc göstəricidir. Görünür, sülh danışıqları başlamasa, hərbi toqquşmaların yeni parıltısı olacaq və bu döyüşlər böyük qurbanlara səbəb olacaq. Buna görə də tərəflər substantiv danışıqlara başlamalıdır. Dünya ictimaiyyəti xüsusilə Ermənistana təzyiq göstərməlidir. Münaqişə "Kazan düsturu” çərçivəsində həll oluna bilər”.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev isə münaqişənin nizama salınması üçün beynəlxalq vasitəçilərin hərəkətə keçməsinin vacib olduğunu vurğulayıb.

"Əgər heç nə edilməsə, müharibə başlayacaq. Vasitəçilər hərəkətə keçməli və beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”, - deyə o bildirib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol