• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda da səfərbərklik elan edilə bilər?

Azərbaycanda da səfərbərklik elan edilə bilər?
08.07.2017 14:59
İyulun 4-ü cəbhə bölgəsində baş verən hadisələrdən qorxuya düşən qondarma DQR-in "prezidenti” Bako Saakyan "Səfərbərlik haqqında” qanun imzalayıb.

Azərbaycanda da səfərbərklik elan edilə bilərmi?

Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, yaxın günlərdə Azərbaycan rəhbərliyi düşmənla bağlı mütləq qərarlar qəbul edəcək:

"Hazırda səfərbərliyə ehtiyac yoxdur. Çünki Azərbaycan Silahlı Qüvvələrinin kifayət qədər şəxsi heyəti və ehtiyat qüvvələri var. Nədən səfərbərlik elan etməliyik? Əvvəla, döyüş əməliyyatı başlamayıb. Ermənilər panikadadırlar. Onlar şəxsi heyətin əvəzinə kimlərisə yerləşdirmək istəyirlər. Bilirlər ki, Azərbaycan onların təxribatlarının qarşısını almaq üçün lazım olan addımları atacaq. Ermənilər narahatdılar. Onların narahatçılığı başa düşüləndir.

Bu gün Silahlı Qüvvələrin ön xətti həm şəxsi heyət, həm də silah-sursat ilə tam təmin olunub. Bizim arxa cəbhədə olan şəxsi heyətimiz hazır vəziyyətdədir. Ehtiyac olacağı təqdirdə, Müdafiə Nazirliyinin qərarı ilə onlar ön xəttə göndərilə bilər. Buna zərrə qədər də şübhə etmirəm. Çünki ölkənin müdafiəsi var. Təhlükəsizlik ilə bağlı məsələlər prioritetdir. Biz lazım olacağı təqdirdə səfərbərlik resursundan istifadə edəcəyik”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol