• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və Rusiya nüvə müharibəsinə başlayacaq

ABŞ və Rusiya nüvə müharibəsinə başlayacaq
10.07.2017 22:50
Şimali Koreya tərəfindən buraxılan raket təsadüfən ABŞ və Rusiya arasında nüvə müharibəsini təhrik edə bilər.

Publika.az xəbər verir ki, bu haqda "The Daily Beast” nəşrində dərc edilmiş məqalədə Beynəlxalq Tədqiqatlar İnstitutunun (ABŞ) əməkdaşı Cefri Luis yazıb.
Cefri Luis düşünür ki, Şimali Koreya ABŞ-dakı hədəflərə qitələrarası raketi buraxarsa, Amerika hərbçiləri onu Alyaska ştatındakı Ford-Qril bazasından buraxılacaq raketlərlə vurmağa çalışacaqlar.

"Hər uçan Şimali Koreya raketinə qarşı bir neçə - 4 və ya 5 raketin buraxılması planlaşdırılır. Hədəfə dəyməyən raketlər atmosferə qayıdır və çox zaman onda yanırlar. Ssenarilərə əsasən, Alyaskadakı baza Şimali Koreya raketinə atəş açır, hədəfə dəyməyən raketlər Rusiya ərazisinin üzərində atmosferə qayıtmalıdır. Rusiya tərəfi anlayacaqmı ki, bu Birləşmiş Ştatların hücumu deyil? Və birdən Rusiya öz "nüvə çamadanı”nı çıxaracaq?

ABŞ hesab edir ki, Şimali Koreya iyulun 4-də qitələrarası ballistik raketi buraxıb. Amma Rusiya onun orta mənzilli raket olduğunu açıqlyıb.

"2009-cuda rusiyalılar kosmosa Şimali Koreya aparatının buraxılmasını qeydə almadılar. Bundan sonra Rusiya yeni radar qurdu. Əgər bu radar əla işləyirsə, o halda Rusiya "Xvanson-14” raketini necə orta mənzilli raket hesab edə bilər. Bundan başqa, biz Rusiyanın Alyaskada ballistik raket deyil, raket əleyhinə sistemin işə salındığını anlayacağını əvvəlcədən bilmirik. Rusiyadan trayektoriyalar kifayət qədər oxşar görünə bilər, xüsusilə əgər radarın operatoru güclü stres və ya təzyiqi hiss edirsə. Belə ki, 1995-ci ildə Rusiya hərbçiləri dənizin akvatoriyasından nüvə döyüş başlıqlı "Traydent” raketin işə salınmasını Norveçdən raket zondunun işə salınması kimi qəbul etdilər və təcili Yeltsinə xəbərdar etdilər”, - Cefri Luis qeyd edib.

Müəllif hesab edir ki, Amerika tərəfi sadəcə telefonla Rusiyanı xəbərdarlıq edə bilməyəcək, raketlərin ələ keçirilməsi üçün cəmi bir neçə dəqiqə var.
Luis bir neçə həll təklif edir. Birincisi, raketlər haqqında erkən xəbərdarlıq sahəsində Amerika-Rusiya əməkdaşlığı layihəsini dirçəltmək. Müəllif rusiyalıların bunda maraqlı olduğuna şübhə edir. İkincisi, nüvə döyüş başlıqları ilə raketə əleyhinə sistemi qadağan etmək və nüvə döyüş başlıqların olmadığından əmin olması üçün Rusiya və Amerika inspektorlarını raketdən müdafiə bazalarına buraxmaq.

Amma, ən etibarlı yol, Luisin fikrincə Şimali Koreya hücumlarından ABŞ-ın müdafiəsi üçün Fort-Qril bazasına güvənməməkdir.

Ömər Dağlı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol