• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda Ermənistandan çağırılan əsgərlər döyülüb

Qarabağda Ermənistandan çağırılan əsgərlər döyülüb
19.07.2017 22:12
Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisində - Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə baş verib.

Bu barədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı işğalçı bölmələrindən birində xidmət edən hərbi qulluqçunun anası Liana Şahramanyan adlı erməni feysbuksəhifəsində paylaşıb.

Məlum olub ki, Yerevan hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Vanand Xaçaturyan və 1996-cı il təvəllüdlü Erik Harutunyan Qarabağdan olan hərbi qulluqçular tərəfindən döyüldükdən sonra ağır vəziyyətdə hərbi hospitala yerləşdiriliblər.

Bundan əlavə, məhz Ermənistan və Qarabağ erməniləri arasındakı münaqişə zəmində Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisində - Hadrutda yerləşən hərbi hissələrdən birində əslən Ermənistandan olan zabit tabeliyindəki əmrləri icra etmədiyi üçün yerli sakin, müqavilə əsasında xidmət keçən kiçik çavuşu fiziki işgəncəyə məruz qoyub.

Baş verən hadisələrin yerində araşdırılması məqsədilə polkovnik V.Şakaryanın rəhbərliyi ilə komissiya ön xəttə gəlib. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol