• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana İŞİD xəbərdarlığı – RƏSMİ

Azərbaycana İŞİD xəbərdarlığı – RƏSMİ
26.07.2017 14:39
Avropa Təhlükəsizlik və İnformasiya Departamentinin baş katibi, Beynəlxalq İnsan Hüquqları üzrə Komissiyanın komissarı Heysam Əbu Səid İŞİD terror təşkilatının davamçılarının 30 ölkədə, o cümlədən Azərbaycanda  olduğunu bəyan edib.
 

Anews.az-ın məlumatına görə, bunu haqqın.az saytı ərəb KİV-nə istinadən bildirib.
 
Heysam Əbu Səidin sözlərinə görə, Azərbaycanda, Ermənistanda, Özbəkistanda və Rusiyada 7500-dən çox İŞİD tərəfdarı var.
 
O bildirib ki, İŞİD uçün yalnız ərəb ölkələri "kadr” mənbəyi deyil, Fransa, Belçika, Böyük Britaniya, Almaniya kimi Qərb ölkələrini də bu siyahıya əlavə etmək olar.
 
Beynəlxalq İnsan Hüquqları üzrə Komissiyanın bəyanatında bildirilir ki, kəşfiyyat xidmətləri ölkələrdə terrorizmə qarşı aparan təşkilatlara etibar etmir. Çünki bu dövlətləri ərəb ölkələri ilə sıx iqtisadi maraqlar bir-birinə bağlayır.
 
"Nəticədə isə bu dövlətlərdə güzəştlər hazırlanır, əhəmiyyətli məlumatlar məxfilik kateqoriyasından çıxarılır”-deyə bəyanatda qeyd olunub.
 
Məlumata görə, İraqda 35 min, Suriyada 25 min, Səudiyyə Ərəbistanında 18 min, Türkiyədə 17 min, Tunisdə 15 min, Fransada 11 min, Nigeriyada 10 min, Almaniyada 7800, Misir və Somalidə 7 min, Livanda 5 min, Liviyada 4700, Böyük Britaniya və Əlcəzairdə 3700, Qətər, Sudan, İordaniya, Küveytdə 3 min, Belçikada 1800, İsveçdə 1500, Norveçdə 1200, Bəhrəyndə 750 İŞİD tərəfdarı var.
 
Bəyanatda o da bildirilib ki, bu siyahı Afrika ölkələrinin sayəsində genişlənəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol