• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərlə azərbaycanlı iş adamı arasında qarşıdurma

Ermənilərlə azərbaycanlı iş adamı arasında qarşıdurma
28.07.2017 18:10
Ukraynanın Lvov vilayətinin  Truskavets  şəhərində biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı Fuad Kərimov ilə ermənilər arasında qarşıdurma baş verib. 

Avropa.info xəbər verir ki, bu barədə qafqazinfo-ya biznesmenin özü məlumat verib. O qeyd edib ki, sözügedən şəhərdə iki restoranın sahibidir: "”Ukaze” restoranı bir il yarım, "Sultan” restoranı isə 3 aydır ki, fəaliyyət göstərir. Özüm isə 4 ay yarımdır ki, orada yaşayırdım.

Təxminən 20 gün əvvəl ermənilər "Sultan” restoranında toy etmək üçün bizlə danışmağa gəldilər. Dedilər ki, sizə  yaxşı məbləğdə pul verəcəyik. Amma şərtimiz odur ki, Azərbaycan və Türkiyənin bayrağını restoranın girişindən çıxarasınız. Biz buna etiraz etdik. Aramızda münaqişə yarandı. Daha mədəniyyətsiz formada bizlə danışıq apardılar. Ondan sonra bəzi adamlar vasitəsilə bizə təzyiq etməyə başladılar. Üstümüzə adamlar göndərdilər.

Mən də ordakı dostlarıma müraciət etdim, bizə kömək etdilər. Əvvəlcə dedilər ki, bu siyasi məsələdir, onu niyə restorana qatırsız. Rusiya və Ukrayna məsələsini onlara başa saldım. Vəziyyəti anladılar və bir də biz tərəfə yaxınlaşmadılar.

Bir həftə bundan qabaq isə, banket zalında yemək yeyərkən erməni müştərinin biri dostları ilə "Moy armeniya” mahnısı qoyub rəqs etməyə başladılar. Mən də rəqs elədikləri yerdə mahnını saxladım və əvəzində Rəşid Behbudovun "Azərbaycan” mahnısını qoydum. Mənimlə mübahisə etməyə başladılar. Elə situasiya yaratdılar ki, guya onlar oynadığı yerdə mahnını kəsmişəm və mahnının mahiyyətinin məsələyə aidiyyatı yoxdur. Soruşdular ki, azərbaycanlıyam? Cavab verdim ki, məgər bunu restorana girəndə görmürsünüz? Bütün dizaynda Azərbaycan elementləri əks olunub, yeməklər millidir və.s. Üzr istədilər və çıxıb getdilər.

Həmin hadisədən sonra münaqişə ilkin olaraq böyümək üzrə idi. Elə adamlar zəng edirlər, soruşurlar ki, nə məsələdir? Ona görə də şəhərdən uzaqlaşıb Bakıya qayıtdım. Bir həftədən sonra yenə də işimin başına qayıdacağam”.

Məsələ ilə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov da "Qafqazinfo”ya danışıb.  O qeyd edib ki, diasporanın apardığı işlərdən biri də budur ki, bizim milli dəyərlərimiz, dövlət atributları olan bayrağımız, gerbimiz, himnimiz harada yaşamağımızdan asılı olmayaraq üstün tutulmalıdır: "İstər erməni, istərsə də amerikalı olsun, Azərbaycan bayrağını hər  hansı bir şərt adı altında endirməsi qeyri-mümkündür. Biz buna canımızla-başımızla cavabdehik. Bu bizim siaysətimizdir. O restoranda çalışanlar da diasporanın aparıcı şəxsləridir. Milli məsələlərdə hər zaman həssas və mübarizdirlər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol