• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda Sarkisyanın gizlətdiyi qırğın

Ermənistanda Sarkisyanın gizlətdiyi qırğın
02.08.2017 17:41
Son iki gün ərzində Ermənistanda səs-küylü  cinayətlər artıb. Sonuncu belə hadisə - Şamiram kəndindəki yas mərasimindəki gülləbaran hadisəsindən sonra bütün ölkə sarsıldı. Bu hadisədən bir neçə gün əvvəl Sevan istirahət zonasında bir neçə nəfərin ölümü ilə nəticələnmiş insident baş verdi. Bu hadisəyə qədər ölkənin güc strukturkarından heç bir açıqlama verilmədi.

Yalnız yas mərasimində 4 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra açıqlama verən Ermənistanın polis rəisi Unan Poqasyan demək olar ki, vətəndaşlarını ələ salıb. Erməni mətbuatına hadisə ilə bağlı müsahibə verən polis rəisi narahatçılığa heç bir əsasın olmadığını, hər şeyin nəzarət altında olduğunu deyib.

Güc strukturunda məsul vəzifədə çalışan şəxsin ölkədə ard-arda baş verən cinayət hadisələri fonunda belə danışığı sanki cəmiyyəti ələ salmaq, insanların gözünə kül üfürməkdən başqa bir şey deyil. Bəlkə baş verən qırğınların ört-basdır olunması yüksək səviyyəli tapşırıqdır?Polis rəisi baş vermiş son hadisələri elə də ciddi hesab etmir. Cəmiyyəti arxayın olmağa çağıran U.Poqasyan  baş vermiş  cinayət hadisələrinin məişət xarakterli olduğuna eyham vurur. O, müsahibəsi zamanı Sevanda baş verən hadisəni yay mövsümü ilə əlaqələndirib. Ölkədə geniş rezonans doğuran bu hadisələri istirahət zonasında dincələnlər arasında gərginliyin olması ilə əlaqələndirilməsi nağıldan başqa bir şey deyil.

Aydın İsmayılov
İstiPress

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol