• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana yeraltı hücum

Ermənistana yeraltı hücum
04.08.2017 11:15
İlanlar Ermənistana hücum etməkdə davam edirlər.

Yayın girməsi ilə respublika ilanların indiyə kimi görünməmiş hücumuna məruz qalıb. Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər. İlin əvvəlindən artıq vətəndaşlardan ilanların hücumu ilə bağlı 500 çağırış daxil olub.

Əsas çağırışlar İrəvanın payına düşüb. Özü də qorxu ondadır ki, ilanların böyük hissəsi zəhərlidir. Onların sancmasından artıq insanlar zərər çəkiblər. Yerli mütəxəssislər ilanların məhz Ermənistana bu cür kütləvi hücumunun nə ilə bağlı olmasını düz-əməlli izah edə bilmirlər.

Bəzi alimlər bu hücumu kəskin istilərlə bağlayırlar. Amma Orta Asiyanın  bir sıra respbulikalarında temperatur daha yüksəkdir. Cənubi Qafqazda da hava elə sərin deyil.

Buna görə də yalnız müdrik qocalara inanmaq qalır, çünki onlar həyatlarında çox şey görüblər. Onların hamısı deyir ki, bu, Tanrının qəzəbidir, hətta erməni siyasətçilərinin törətdiyi cinayətlərə görə intiqam addımıdır. Yaşlılar deyir ki, Ermənistanda bundan da isti yaylar olub, amma bu qədər ilan olmayıb.

Bəs, onlar göydən yağırlar? Başqa cür fikirləşənlər də var - bu sürünənləri İrəvan siyasətçilərinə çox doğma olduğunu deyirlər. İlanlar da onlar kimi gözlənilməz, qəddardırlar, istənilən yerə dürtülə bilirlər, qəfil hücum edib, sürətlə aradan çıxmağı bacarırlar.

Mən, şəxsən, bunu Dağlıq Qarabağda baş verənlər bənzədirəm. İrəvan siyasətçiləri dünyanın hər yerindən macərə axtaran erməni yaraqlıları ora dəvət etdilər. Onlar da yerli əhali adı altında hava, su, üstəgəl bütün Qarabağı tələb etməyə başladılar. Onlardan sağ qalanları yaxşı pul qazandılar və sonra sürüşüb öz ölkələrinə getdilər. İstənilən, halda çox oxşardılar.     

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol