• $
  • €
  • ₽
  • ₺
  • £

Xətai rayonunda şəhid büstü üçün ayrılan yerdə kafe açıblar - FOTO

Xətai rayonunda şəhid büstü üçün ayrılan yerdə kafe açıblar - FOTO
08.08.2017 18:04
Hədəf14.az xəbər verir ki,  Bağırov Fikrət Əli oğlu adlı vətəndaş Azinform.az -a  şikayət məzmunlu məktub ünvanlayıb. Şikayətçi bildirir ki,  onun Bağırov Rəşid adlı qardaşı 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub:

"Həmin vaxt mənim böyük qardaşım Məhərrəmə şəhid qardaşımızın xatirəsini əbədiləşdirmək məqsədilə  40 kv. metrlik sahə ayrılıb.  Vaxtı ilə Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncamda da yerin şəhidin büstünün qoyulması üçün ayrıldığı qeyd olunub. Uzun illərdi  şəhid qardaşımın adını daşıyan – Rəşid Bağırov 36/6  (UPD qəsəbəsi, klubla üzbə-üz) ünvanında onun büstünü qoya bilmirik. Etdiyimiz şikayətlərə baxan yoxdur.  Hazırda Məhərrəm adlı qardaşım həmin 40 kvadratın ətrafını da qanunsuz zəbt edərək , orada kafe açıb. Mən saytınız vasitəsi ilə  Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək onlardan şəhid adına hörmətlə yanaşmalarını tələb edirəm. Onların gücü çatmırsa, mən öz vəsaitim hesabına  qanunla ayrılmış, lakin hazırda kafe kimi fəaliyyət göstərən yerdə  şəhid qardaşımın büstünü qoymağa hazıram.  Sadəcə, mənə qanunsuz zəbt edilmiş ərazinin boşaldılmasına köməklik göstərsinlər. Məndə olan məlumata görə, Məhərrəm  həmin kafenin ərazisini hazırda başqa bir adama satmağa hazırlaşır”.

Azinforum.az-ın reportyorları  deyilən ərazidə olublar. Çəkilən fotolordan da görünür ki, şəhid büstünün qoyulması üçün ayrılan ərazıdə antisanitar  vəziyyətin hakim olduğu kafe fəaliyyət göstərir

Edilən şikayətlə bağlı Xətai rayon İcra Hakimiyyətinin də mövqeyini dinləməyə hazırıq.
 








www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol