• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya İrəvanı cəzalandırır: Moskvadan Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ

Rusiya İrəvanı cəzalandırır: Moskvadan Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ
29.05.2020 12:30
"Moskvada Ermənistanın Gürcüstanda keçirilmiş NATO təlimlərində iştirakı faktını həzm edə bilmirlər”.

Publika.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Sarkis Artsruni yazıb.

Ermənistanın təlimlərdə iştirakının əvvəlcədən Moskva ilə uyğunlaşdırılmasını istisna etməyən şərhçi bununla belə hesab edir ki, vəziyyət Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyaları və ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana səfəri fonunda kəskin dəyişib.

Erməni şərhçi bildirir ki, bir neçə Rusiya nəşri açıq şəkildə Ermənistan hakimiyyətinin Moskvaya sədaqətini şübhə altına qoyur. O, Rusiyanın ermənipərəst "Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerovın erməni mətbuatına açıqlamasını da xatırladıb.

Sarkis Artsruni bildirir ki, Moskva Dağlıq Qarabağda yeni müharibənin başlanması üçün qanuni əsas tapıb. Onun sözlərinə görə, bu, Ermənistanın öz xarici siyasətinə yenidən baxmasına cavabdır.

"Yəni, Moskva anlatmağa çalışır ki, əgər Ermənistan NATO ilə əməkdaşlığı davam etdirəcəksə və ya NATO ilə yeni razılaşmanı imzalayacaqsa, onda onlar məsuliyyəti bizim "qərbyönümlü” hakimiyyətin üzərinə qoyaraq yeni müharibəyə "yaşıl işıq” yandıracaqlar”, - Sarkis Artsruni yekunlaşdırıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol