• $
  • €
  • ₽
  • ₺
  • £

Dörd aylıq müharibənin ŞİFRƏLƏRİ: Düşmən tamamilə MƏHV EDİLƏCƏK

Dörd aylıq müharibənin ŞİFRƏLƏRİ: Düşmən tamamilə MƏHV EDİLƏCƏK
22.08.2017 12:08
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İran və Türkiyənin PKK terror təşkilatına qarşı birgə mübarizə apara biləcəyini açıqladı. Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib.

"Terror qruplaşmalarına qarşı birgə əməliyyat məsələsi həmişə gündəlikdə dayanıb. Baş qərargah başçıları PKK-ya qarşı əməliyyatın keçirilməsi məsələsini müzakirə etdilər. Bu istiqamətdə səylər davam edəcək, çünki PKK-nın İranda PJAK adlı qolu var. Bu təşkilat həm İrana, həm də bizə zərər vurur”, - Ərdoğan deyib.

Publika.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror təşkilatına qarşı birgə əməliyyatın bəzi detalları ortaya çıxıb.

İranlı generalla aparılan danışıqlarda 3 fərqli əməliyyat planı müzakirə edilib.

Əməliyyatın ən azı 3 ay davam etməsi gözlənilir. Üç mərhələdən ibarət olacaq əməliyyatın ilk mərhələsində hava zərbələri ilə Qəndildəki (PKK-nın əsas iqamətgahı –red.) 48 düşərgə hədəf olacaq. İlk mərhələ 8-10 gün davam edəcək.

Əməliyyatın 2-ci mərhələsində isə İran Qəndilə qarşı qurudan hücuma başlayacaq. Türkiyənin də eyni zamanda, İraq ərazisinin 49 kilometrə qədər dərinlikdə yerləşən 19 düşərgəyə qarşı əməliyyata başlaması planlaşdırılır.

İran Qəndil əməliyyatı üçün 42 min əsgərindən istifadə edəcək. Türkiyə isə əməliyyata hərbi aviasiya ilə dəstək verəcək. Əməliyyatın 2-ci mərhələsində Qəndillə yanaşı, PKK-nın "ikinci Qəndili” sayılan Sincara hücum planlaşdırılır. Sincarda ilk hədəf 7 düşərgə olacaq.

Təşkilatın ürəyinə qarşı əməliyyatın 3-cü mərhələsində isə Türkiyə Silahlı Qüvvələri və Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) bölgədəki hərbi xətləri olan Zap, Avaşin və Çaykur kimi kritik xətlərdən hərəkətə keçməsi gözlənilir. Təşkilat liderlərinin Suriyaya keçmək istəyəcəyi təxmin edilir və bunun qarşısını almaq üçün əhəmiyyətli keçid nöqtələri tutulacaq. Mövsüm şərtləri nəzərə alınmaqla Qəndil əməliyyatının ən gec dekabr ayının ikinci həftəsində başa çatdırılması planlaşdırılır.

Əməliyyat zamanı Şri-Lanka ordusunun "Tamil Pələngləri” terror təşkilatına qarşı əməliyyatda həyata keçirdiyi strategiya tətbiq olunacaq. Bu strategiya lider heyəti də daxil olmaqla terror təşkilatının tamamilə məhvini nəzərdə tutur.

Qeyd edək ki, PKK-ya qarşı Şri-Lanka modelinin həyata keçirilməsi Türkiyədə daha əvvəllər də təklif edilib. Ötən il "Milliyyət” nəşrinin yazarı Mehmet Tezkan PKK ilə danışıqların əhəmiyyətsiz olduğunu bildirib:

"Separatçı qruplarla mübarizədə müxtəlif üsullar var. Masaya oturmaq, müzakirələr aparmaq, güzəşt etmək və razı salmaq. Bir də yox etmək, məhv etmək üsulu var. Buna Şri-Lanka modeli deyilir”.

Şri-Lanka hökuməti "Tamil Pələngləri” ilə təxminən 30 il döyüşüb. Qarşıdurmalar təxminən 70 min nəfərin həyatına son qoyduqdan sonra sülh razılaşması imzalanıb. Amma bir müddət sonra razılaşma yenidən pozuldu. Saxta sülh daha şiddətli döyüş gətirib. 2009-cu ildə ordu terror təşkilatını məhv etmək üsulunu seçdi. Liderləri öldürüldü, partizanlar ağır itkilər verdi. Sonda "Tamil Pələngləri” tarixin tozlu səhifələrinə atıldı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol