• $
  • €
  • ₽
  • ₺
  • £

Elin Süleymanov məşhur radio proqramının qonağı olub

Elin Süleymanov məşhur radio proqramının qonağı olub
16.09.2017 11:30
ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. 

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sözügedən radio verilişinə həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb.

Müsahibə zamanı səfir E.Süleymanov sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan "Əsrin müqaviləsi” nəticəsində yarandığını və yeni sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstərici olduğunu vurğulayıb. Fikrin davamı olaraq, səfir "Əsrin müqaviləsi” ilə neftdən gələn gəlirlər hesabına Azərbaycanın bu gün ölkə və regionda böyük infrastruktur layihələri həyata keçirdiyini və bunun artıq öz bəhrəsini verdiyini söyləyib.

Həmçinin səfir veriliş zamanı Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ötən həftə İsrailə səfərindən bəhs edib, bunun iki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsi və praktik əməkdaşlığın təşviqi baxımından vacibliyini söyləyib. Səfər çərçivəsində onun İsrail həmkarı ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşünün həm də özlüyündə rəmzi məna daşıdığı bildirilib. "Azərbaycanın bu tarixi səfərlə bir daha İsrail ilə olan strateji müttəfiqliyini tək sözdə deyil, həm də əməli işdə də göstərmiş olduğu qeyd edib”, deyə səfir qeyd edib.
Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol