• $
  • €
  • ₽
  • ₺
  • £

Səməd Seyidov: Biz AŞPA daxilində separatizm cərəyanlarını görürük

Səməd Seyidov: Biz AŞPA daxilində separatizm cərəyanlarını görürük
09.10.2017 17:15
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda başlayan payız sessiyasının ilk plenar iclasında qurumun fəaliyyətinə dair hesabat ətrafında müzakirələr aparılıb.

Anews.az-ın APA-nın Avropa müxbirinə istinadən xəbərinə görə, müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın gələcəyi ilə bağlı nikbin olmadığını bildirib: "Əfsuslar olsun ki, mən AŞPA-nın gələcək fəaliyyətinə dair burada həmkarlarımın səsləndirdiyi nikbin fikirləri bölüşə bilməyəcəyəm. Təşkilatımız hazırda çox çətin bir vaxt yaşayır. Hesabatın adı təşkilatın fəaliyyətində irəliləyişlər barədədir, amma Umberto Ekonun dili ilə desək, bu, tərsinə gedən irəliləyişdir. İrəli getmək əvəzinə, biz geriyə addımlayırıq. Bizi dalana salan məsələ təşkilatda liderliyin və hədəfin olmamasıdır. Təəssüf ki, biz burada təşkilatın əsas prinsipləri olan demokratiya, insan hüquqları və qanunun aliliyinin qorunması əvəzinə, daha çox kreslo, vəzifə üstündə mübarizə, şəxsi çəkişmələrin şahidi oluruq. Bu da bizim təşkilatın nüfuzuna ciddi zərbə vurur”.

S. Seyidov AŞPA-da sədr seçkisinə toxunub: "Bu gün biz yeni sədr seçirik. Mən yeni sədrin kim olacağını bilmirəm, amma ümid edirəm ki, yeni sədr bizi baş verən bu böhrandan çıxarmaq üçün lazımi əzmkarlıq nümayiş etdirəcək və buna gücü çatacaq. Biz görəndə ki, buradakı bəzi parlamentarlar, eləcə də, Avropa Şurasının baş katibi bir sıra üzv ölkələrə qarşı çox aqressiv və dözümsüz bəyanatlar verirlər, o zaman özümüzə belə bir sual veririk ki, bəs biz burada nə edirik, nə üçün bu təşkilatda qalmışıq? Biz müsəlman ölkəsi olaraq Avropa dəyərlərinin inkişafına öz töhfələrimizi vermişik. Amma nədənsə ən çox təzyiq bizə qarşı olur. Biz, özlərini Roma papasından daha çox katolik kimi aparan bəzi Avropa siyasətçilərinin əsassız təzyiqlərini qəbul etmək fikrində deyilik. İstədiyimiz odur ki, təşkilatın bütün üzv ölkələrinə eyni adekvat münasibət sərgilənsin. Amma biz hətta AŞPA daxilində separatizm cərəyanlarını görürük və bu, bizi bir sual ətrafında da düşünməyə vadar edir: nədən biz bu təşkilatdayıq? Bu sualın cavabını hələlik bilmirəm”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Siyasət 14:06
Azərbaycanla İtaliyanın ticarət dövriyyəsi doqquz ayda 9 milyard dolları ötüb
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Siyasət 13:36
Bayramovun italiyanlı həmkarı ilə görüşü başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol