• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid atası: Övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? - VİDEO

Şəhid atası: Övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? - VİDEO
29.05.2020 09:53
İki gün öncə şəhid olan Azərbaycan Milli Ordusunun əsgəri Cabbar Zeynalovun atası Firudin Zeynalov sosial şəbəkələrdə yayılan fotosu ətrafında aparılan müzakirələrə aydınlıq gətirib.

Zeynalov "Ölkə.Az”-a müsahibəsində traktorçu olduğu üçün köhnə paltarda olan fotosunun çəkilərək sosial şəbəkələrdə yayımlandığını bildirib: 

"Mən traktorçuyam. Oğlumun şəhid olduğu gün traktor idarə edirdim. Xəbəri eşidən kimi dərhal işdən evə gəldim və paltarımı dəyişə bilmədim. Özümdə deyildim. Mənim övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? Oğlumun şəhid olması barədə də ilk olaraq mənə məlumat verilməyib. Telefonum bağlı olduğu üçün qardaşıma zəng ediblər. Bizə oğlumun şəhid olduğunu deməyiblər. Əvvəlcə bizə deyildi ki, oğlunuz yaralanıb. Bunu da biz pis olmayaq deyə belə deyiblər”. 


F.Zeynalov oğlunun Vətən yolunda şəhid olmasındam fəxr hissi duyduğunu söyləyib: "Oğlum Vətən yolunda şəhid olub. Mən buna görə fəxr edirəm!”. 
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol