• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə… – ŞOK PROQNOZ

Rusiya dağılacaq, Ermənistan xəritədən silinəcək, Azərbaycan və Türkiyə… –  ŞOK PROQNOZ
29.05.2020 10:18
Dünyanın siyasi mənzərəsi yenidən dəyişir və belə demək mümkünsə, siyasi xəritənin yenidən dizayn edilməsinə cəhd edilir. Yaxın və Uzaq Şərqdə, eləcə də Şərqi Avropada toqquşmaların siyasi müstəvidən hərbi sferaya keçməsi an məsələsinə çevrilib. Bu mənzərə fonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) "kölgəsi” hesab olunan "Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar yada düşür.

Publika.az xəbər verir ki, Fridman 2030-cu ilə qədər Rusiya Federasiyası dağılacağını iddia edir. Bu proses Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq. Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə edəcək, Finlandiya Kareyanı zəbt edəcək, Rumıniya isə Moldovanı özünə birləşdirəcək.

Qeyd edək ki, Rumıniya illərdir Moldovanı özünə birləşdirmək istəyir. Rumınlar hesab edirlər ki, Moldova xalqı ilə eyni kökə malikdirlər. Dünən Rusiyanın adamı hesab edilən Moldova prezidenti İqor Dodonun "mən Rumıniya ilə Moldovanın birləşməsinin əleyhinəyəm” açıqlamasını verməsi də Fridmanın proqnozu fonunda diqqət çəkir.

Fridman proqnozlarına davam edərək qeyd edir ki, Tibet Hindistanın köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini genişləndirəcək.
Rusiyanın yox olmasından sonra Gürcüstan Cənubi Osetiya və Abxaziyanı qaytaracaq, Ukrayna bu prosesdə ona ciddi dəstək verəcək. Orta Asiyanı da qaranlıq gələcək gözləyir. Dağılma prosesi Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq.

Proqnozda Rusiyasız qalan Ermənistanın sağ qalmayacağı deyilir. Bu ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən silinəcək. Bakı və Ankaranın ittifaqı güclənəcək və regionda əsas faktora çevriləcək. Azərbaycan həm də gələcəkdə regiondakı proseslərin idarə olunmasında əsas məkana çevriləcək.

Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc itirəcəyi deyilir. Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə "rəngli inqilab” başlayacaq. Regionda Yaponiya güclənəcək.

İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması perspektivlərini açacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol