• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan ön cəbhəyə qadınları göndərir

Ermənistan ön cəbhəyə qadınları göndərir
19.12.2017 23:42
Ermənistan ön cəbhəyə qadınlardan ibarət qrup göndərir və onlara Şuşanın işğalına rəhbərlik etmiş general Arkadi Ter-Tadevosyan rəhbərlik edir.

İstiPress-in məlumatına görə, bu barədə "1in.am”a müsahibəsində Arkadi Ter-Tadevosyan bildirib.

Erməni generalın dediyindən belə aydın olur ki, həmin qadınlar qrupuna Anahid adlı gənc qadın rəhbərlik edir: "Mən indi ön cəbhəyə qadınlar qrupu göndərirəm, onlara Anahid Martirosyan rəhbərlik edir, onlar mövqelərə yola düşüb əsgərlərlə danışırlar. Biz əsgərləri ruhlandırırıq”,- deyə Arkadi Ter-Tadevosyan bildirib.

Əslində, Ermənistanın İsrail kimi qadın döyüşçülər yetişdirmək istəyi yeni deyil. Berlindən olan fotoqraf Lena Muxa keçən il İrəvanda olanda hərbi akademiyada oxuyan 23 qızla tanış olmuşdu, onlar akademiyaya 2014-cü ildə qəbul olunublar və erməni hərbi akademiyasının ilk qadın tələbələridir. Fotoları "The Washington Post” qəzetinin saytında dərc olunmuş həmin qızlar yəqin ki, təhsili 2019-cu ildə başa vuracaqlar. Yəni onların indidən cəbhəyə yola salınması elə də məntiqli görünmür.

Böyük ehtimalla ön cəbhəyə başqa qrup göndərilir və onlara Anahid  Martirosyan adlı qadının rəhbərlik etməsi də təsadüfi deyil.

Özünü ari sayan, buna görə Qaregin Njde kimi faşisti fetişləşdirən hakim Respublika Partiyası yəqin ki, uydurma "Böyük Ermənistan” utopiyası ilə bağlı olan dini ritualları da dirçəltməyə çalışır. Hər halda, rəsmi erməni tarixində "Böyük Ermənistan”ın eradan əvvəl birinci əsrdə II Tiqranın zamanında olduğu iddia edilir. 

Həmin dövrlərdə erməniləri dini rituallarını Anahid məbədlərində yerinə yetirirdilər. Bu ritual da sadə idi. Hər hansı bir erməni kişisi ilahə Anahidə ibadət etmək üçün müəyyən qədər ərzaq və pul götürərək məbədə gedirdi, bunun qarşılığında orada toplanmış Anahid məlakələri ilə intim münasibətdə olurdu. Erməni qadınların ilahə Anahidə ibadəti isə həmin məbədlərlə intim xidmət göstərməklə bağlı idi. Xüsusilə də əsilzadə qızlar evlilikdən qabaq bir müddət Anahid məbədlərində xidmət göstərməli idilər, daha sonra Ermənistanın zəngin ailələrinə gəlin gedirdilər. İlahə Anahid Ermənistanda doğum və artım ilahəsi sayılırdı.   Bütün bunlar barədə Fridrix Engelsin "Ailə və mülkiyyətin əsasları” əsərində xüsusilə ətraflı qeyd olunub. Ola bilər ki, Serj Sarkisyan erməni böyüklüyünün yolunun Anahid məbədlərində görür. Fakt budur ki, xristianlığı qəbul etdikdən sonra erməniləri heç zaman müstəqil dövləti olmayıb.

Amma bu günkü Anahid məlakələri erməni əsgərlərin cari problemlərini də həll edə bilərlər. Məsələn, erməni komandirlərinin homoseksualizmə meylli olması problemini həll edə bilər. Bu ciddi problemdir və bir neçə il qabaq Ermənistanın Vardenis rayonunun Zod kəndində yerləşən hərbi hissənin komandiri hərbi hissəni yoxlamağa gələn gənc milli təhlükəsizlik zabitini zorlamışdı. Hərbi hissədən canını güclə qurtarmış gənc zabit uzun müddət Vardenis hospitalında müalicə olundu.    

Erməni əsgərlər bu komandirlərin pressinqinə çətinliklə dözüb evə heteroseksual kimi dönə bilirlər, amma içlərində sınanlar da olur və qeyri-rəsmi araşdırmalara görə, əsgərlərin 20 faizi artıq geri biseksual kimi dönür. Bəzi əsgərlər isə komandirlərin cinsi müdaxiləsindən sonra intihar edirlər.
Yəni Anahid məlakələri əslində əsgərləri deyil, komnadirləri ruhlandıracaqlar. Yəni gənc və gözəl olan bu məlakələrin gələcək taleyi barədə o qədər də narahat olmağa dəyməz. Onlar yəqin ki, iki min il əvvəlin Anahid məlakələri kimi elit təbəqəyə gəlin gedəcəklər. Birinici Qarabağ müharibəsində belə nümunələr çox olub. Məsələn, İrəvandan Qarabağa yük daşıyan "Kamaz” sürücülərinə intim xidmət göstərən bir qadın, elə həmin illərdə erməni generallardan birinə ərə getdi və daha sonra Ermənistanın ekologiya naziri oldu. Bu barədə erməni KİV-ləri çox yazıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
Siyasət 09:34
Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol