• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ qaziləri Xəlil Rza və onun şəhid oğlunun müdafiəsinə qalxdı

Qarabağ qaziləri Xəlil Rza və onun şəhid oğlunun müdafiəsinə qalxdı
15.01.2018 22:02
Gənc yazar Kəramət Böyükçöl son günlərdə Facebook səhifəsində Azərbaycanın Xalq şairi, mərhum Xəlil Rza Ulutürk və onun şəhid oğlu haqqında yazdığı təhqiramiz fikirlərlə gündəmə gəlib. Hazırda cəmiyyətin ən müxtəlif təbəqələrindən K.Böyükçölün fikirlərinə etirazlar davam etməkdədir.

Məsələylə bağlı "Qarabağ qaziləri” ictimai birliyinin sədri Etimad Əsədovun və "Vətən Müharibəsi Əlilləri” ictimai birliyinin sədri Firudin Məmmədovun da münasibətini öyrəndik:

Qarabağ qazisi Etimad Əsədov:

Azərbaycanda tanınmış şəxsiyyət, görkəmli ziyalı - xüsusən də xalq şairi adı almış ədibimizə, şəhid atasına - böyük Xəlil Rza Ulutürkə qarşı Kəramət deyilən gənc yazar aşağılayıcı və mənfi fikirlər söyləyib. Ən pisi odur ki, o, şəhid atasını və oğlunu da aşağılayıb. Çox təəssüf edirəm ki, hazırda cəmiyyətimizdə Kəramət kimi gənclər mövcuddur. Onlar bəzən birbaşa, bəzən isə dolayısı ilə erməniləri müdafiə edir, düşmən dəyirmanına su tökür, bununla da öz ermənipərəst mövqelərini ortaya qoyurlar.

Bundan əlavə Azərbaycanda çox az sayda tanınmış ziyalılar var ki, onların övladları vətənin dar günündə əlinə silah alaraq cəbhəyə gedib, döyüşüb, vətən uğrunda canından keçib. Belə şəhid oğullardan biridə Xəlil Rza Ulutürkün övladı Təbrizdir. Dünyada yalnız dövlət başçıları dünyasını dəyişəndə dövlət bayrağı onların üzərinə sərilir. Amma şəhidlər də dövlətimizin atributu olan bayrağa bükülərək dəfn edilir. Belə müqəddəs insanların ailəsinə təhqirlər səsləndirənlər, hər kim olursa-olsun, onu böyüdəninə də, tərbiyə verəninə də ayıb olsun! Biz "Qarabağ qaziləri” ictimai birliyi olaraq bildirir ki, şəhidin ailəsinə, atasına ünvanlanan təhqir, bütün şəhid ailələrinə, vətən uğrunda döyüşmüş, əlil olmuş keçmiş döyüşçülərə deyilmiş təhqirdir. Düşünürəm ki, əlaqədar orqanların, səlahiyyətli dövlət qurumlarının nümayəndələri belələri haqqında ciddi tədbir görməlidir. Xüsusən də Azərbaycan yazıcılar Birliyi öz mövqeyini ortaya qoymalıdır!

Qarabağ qazisi Firudin Məmmədov: 

Açığı, bu məsələdən çox hiddətləndim. Kəramətin belə təhqiramiz danışığı bağışlanmazdır. Xatırlayırsınızsa, bu yaxın günlərdə Türkiyədə şəhərin ərköyün avaraları iki müharibə Qazisini döymüşdülər. Təsəvvür edin ki, dövlət qurumlarının mənsubları, başda Türkiyə Böyük Millət Məclisinin spikeri, həm iqtidar, həm də müxalifət nümayəndələri bu məsələyə ayrı ayrılıqda kəskin münasibətlərini bildirdilər. Həmin cinayətkarları Türkiyənin dövlət suverenliyini aşağılamaq ittihamı ilə mühakimə etdilər. Və iki nəfərinə 24 il, yerdə qalan 4 nəfərinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası verildi. İndi hazırda Azərbaycanda da buna bənzər bir hal yaranıb. Şəhid atası, tanınmış ictimai xadim, Azərbaycan xalq şairi Xəlil Rza Ulutürk də Azərbaycanın dövlətinin atributlarından biridir. O ağzının sözünü danışa bilməyən biri tərəfindən təhqir olunubsa, deməli, Azərbaycan dövləti təhqir olunub. Deyilənə görə, Kəramətin atası oğlunun əvəzindən üzr istəyib. Amma, mənim fikrimcə, bu bir üzrlə bitən hərəkət deyil. Bu bir xəyanətdir və beləsinin Azərbaycanda yaşaması haramdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol