• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyadan hansı silahları alıb?

Azərbaycan Rusiyadan hansı silahları alıb?
22.01.2018 16:28
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.
 
Yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

Maraqlıdır, Azərbaycan Rusiyadan hansı silahları alıb?

Bununla bağlı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlama verib:

"Bilirsiniz, Azərbaycanın Rusiyadan silah alması planlı şəkildə mütəmadi olaraq olub. Dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin  ehtiyacından asılı olaraq müxtəlif növ silahlar alıb. Nazirlər Kabinetinin iclasında Ali Baş Komandanımız, cənab prezident İlham Əliyev  də bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ən müasir və lazım olan  hərbi texnika ilə təmin olunacaq və bu proses davam edəcək. Ordumuzun əsas vəzifəsi  işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. 

Bu məsələnin sülh yolu ilə həll edilmə ehtimalı getdikcə azalır, o cümlədən  Dağlıq Qarabağla bağlı öhdəlik götürmüş beynəlxalq qurumlar  da sadəcə məsələni uzatmaqla məşğuldurlar. Yalnız prezident İlham Əliyev sərt bəyanatlar  verən zaman beynəlxalq qurumlar aktivləşir və hər iki tərəfin danışıqları baş tutur.  Lakin bu danışıqlar nəticə verməyəcək. Rusiya bu gün işğalçı dövləti güzəştli şəkildə  silahlandırırsa, bu o deməkdir ki, o, münaqişənin dinc yolla həll edilməsinin tərəfdarı deyil. Digər dövlətlər də müəyyən şəkildə işğalçı dövləti silahlandırmağa çalışır. Bu addımların qarşısında Azərbaycan Silahlı Qüvvələri daim üstünlüyü saxlamalıdır və bunun nəticəsi gələcək döyüşlərdə özünü biruzə verəcək.  Bu baxımdan indiyə kimi texnika və silah-sursat alınıb”.

Ş.Ramaldanov qeyd edib ki, hazırda  bir neçə istiqamətdə növbəti silah partiyası gətirilib və  bu proses davam edəcək:

"Digər tərəfdən bizim hərbi sənayə müəssisələrimiz də inkişaf edib və Azərbaycan Silahlı Qüvvələri paralel olaraq bunlardan bəhrələnir. Ölkəmizdə həmçinin texnologiyaya cavab verən silah-sursat istehsal olunur və sınaqdan keçirilir.

Azərbaycan Ermənistandan fərqli olaraq  son 10 ildə istehsal olunmuş müasir silahlarla təmin olunur. İstər Rusiya, istərsə də digər ölkələr vasitəsilə. Bu silahların imkanları Azərbaycan Silahlı Qüvvələrində, Naxçıvanda keçirilən genişmiqyaslı təlimlərdə, müəyyən hissəsi Naxçıvandakı hərbi paradlarda nümayiş etdirilib.

Rusiyadan alınan yeni silahlar isə zirehli  texnika, raket qurğuları, artilleriya qurğularıdır. Yeni gələn hərbi texnika çoxistiqamətli partiyadır. Qeyd etdiyim kimi bu  proses planlı şəkildə gedən silahlandırmadır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol