• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya tanklarımızı vurmaq üçün İrəvana lazer silahı verdi

Rusiya tanklarımızı vurmaq üçün İrəvana lazer silahı verdi
29.05.2020 11:42
Ermənistan tank əleyhinə ən müasir silah sayılan "Kornet - E" raket kompleksini nümayiş etdirib.

BiG.AZ xəbər verir ki, rəsmi İrəvan raket kompleksini Rusiyanın Ermənistana verdiyini açıqlayıb.

Raket kompleksi lazer şüası ilə idarəetmə qabiliyyətinə və 5,5 kilometr uzaqlıqda olan hədəfi məhv etmə gücünə sahibdir.

Rusiyada ermənipərəst "Reqnum" agentliyi yazır ki, raket kompleksi Azərbaycanın tanklarını asanlıqla sıradan çıxara bilər.

Lakin bu informasiya Ermənistan ictimaiyyətində inandırıcı qarşılanmayıb.

1. Raket kompleksi Gümrüdə nümayiş olunub, hansı ki, Rusiyanın 102-ci hərbi bazası bu şəhərdə yerləşir. Ehtimal olunur ki, raket kompleksi Rusiyanın hərbi bazasına aiddir, sadəcə olaraq, erməni ictimaiyyətini aldatmaq üçün Ermənistana verildiyi görüntüsü yaradılır.

2. Raket kompleksinin Ermənistana verilməsi xəbəri "Reqnum" agentliyində yayılıb. Rusiyada ermənipərəst mövqeyi ilə tanınan bu agentlik Kremlin nəzarətindədir və bu informasiya da məhz Kremlin istəyinə uyğun olaraq məqsədli şəkildə yayılıb.

3. Ən nəhayət, raket kompleksinin Ermənistana verilməsi xəbəri Rusiyanın yanvarın 19-da Azərbaycana yeni hərbi texnika satmasından sonra erməni ictimaiyyətində yaranan narazılığı sakitləşdirmək gedişidir.

Bu baxımdan, Ermənistan ictimaiyyəti raket kompleksinin erməni ordusuna məxsus olduğuna inanmır.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol