MSN ilk dəfə Avropada hərbi sərgidə təmsil olunacaq

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal edilən məhsulların ilk dəfə Avropada keçiriləcək sərgidə nümayişi nəzərdə tutulur.
"AzeriDefence”nin məlumatına görə, MSN 11-15 iyun tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək "Eurosatory-2018” beynəlxalq müdafiə sərgisinə qatılacaq.
Hazırda MSN tərəfindən sərgidə iştirakla bağlı hazırlıq işləri aparılır.
Qeyd edək ki, "Eurosatory” dünyanın ən böyük müdafiə sərgilərindəndir. Bununla Azərbaycan müəssisələri ilk dəfə Qərbi Avropada keçirilən sərgidə öz imkanlarını tanıtmış olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















