• $
  • €
  • ₽
  • ₺
  • £

Silahlı Qüvvələrə yığılan vəsait hara gedir? – RƏSMİ MÜNASİBƏT

Silahlı Qüvvələrə yığılan vəsait hara gedir? – RƏSMİ MÜNASİBƏT
01.03.2018 15:14
Xəbər verdiyimiz kimi, Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Anews.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata əsasən, 2018-ci ilin 1 mart tarixinədək fonda 89.031.572,82 AZN, 213.073,88 ABŞ dolları, 10436,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Maraqlıdır, Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılan fonda ayrılan vəsait hansı məqsədlər üçün istifadə edilir?

Ümumiyyətlə, bu fondun vəzifəsi, iş strukturu nədən ibarətdir və hansı hüquqlara malikdir? 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaradılan fondun əsas məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirməkdir:

"Bakı şəhərində yerləşən fondun sərəncamçısı Azərbaycan Respublikasının prezidentidir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, digər müvafiq qanunvericilik aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

Əsas vəzifəsi Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək, könüllülük əsasında vəsait cəlb edilməsi üçün KİV-lərdə təbliğatın aparılmasından ibarətdir.

Fond hüquqi şəxs kimi öz məqsəd-vəzifəsinə müvafiq şəkildə və qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada bir sıra hüquqlara malikdir. Bunlar məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etmək, hüquqi və fiziki şəxslərlə qanunvericiliyə uyğun münasibətlər qurmaq, Azərbaycan Respublikasının banklarında milli və xarici valyutada hesablar açmaq, ölkə daxilində və xaricdə sövdələşmələr aparmaq, həmçinin sərgilərdə, seminarlarda və digər tədbirlərdə iştirak etmək, daşınar və daşınmaz əmlak satın almaq və icarəyə götürməkdir”.

Fonda ayrılan vəsaitin hansı məqsədlər üçün istifadə edildiyi məsələsinə gəldikdə, Müdafiə Nazirliyindən qeyd ediblər ki, fondun bütün xərcləri Azərbaycan Respublikası prezidentinin təsdiq etdiyi xərclər proqramı çərçivəsində və pul vəsaitlərinin verilməsi, köçürülməsi isə Azərbaycan Respublikası müdafiə nazirinin sərəncamı əsasında fondun icraçı direktoru tərəfindən həyata keçirilir: 

"Yaradılan fondun vəsaiti hərbi texnika, silah və sursatların alınması, hərbi kadrların hazırlanması və onların ixtisasının artırılması, hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması kimi məqsədlər üçün istifadə olunur.

Bu tədbirlər həyata keçirildikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi fondun fəaliyyətinin əsas istiqamətlərini, uzunmüddətli proqramlarını və onların gəlir və xərclər proqramlarını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol