• $
  • €
  • ₽
  • ₺
  • £

Yalçın Rəfiyev Edvard Nalbandyanın çıxışına cavab verib

Yalçın Rəfiyev Edvard Nalbandyanın çıxışına cavab verib
29.05.2020 07:07
Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi Yalçın Rəfiyev Ermənistan xarici işlər naziri Edvard Nalbandiyanın Yüksək Səviyyəli Seqmentdə çıxışına qarşı cavab hüququndan istifadə edib.

XİN-dən APA-ya verilən məlumata görə, BMT İnsan Haqları Şurasının iclasında çıxış edən diplomat bildirib ki, Ermənistanın xarici işlər naziri dünənki çıxışının əksər hissəsini öz ölkəsi əvəzinə Azərbaycana həsr edib: "Buradan belə bir qənaətə gəlmək mümkündür ki, Ermənistan naziri öz ölkəsində insan hüquqlarının təşviqi və qorunması sahəsində şura ilə bölüşməyə dəyər bir yenilik tapa bilməyib. Bunun əvəzinə o, çıxışını Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı təkzibolunmaz dəlilləri inkar etməyə, Xocalıda törədilmiş insanlıq əleyhinə cinayətləri təkzib etməyə və Azərbaycanın müstəqillik qazanmasından əvvəlki dövrdə baş verən faciəvi hadisələrlə bağlı yersiz ittihamlarla mənim ölkəmə hücum etməyə həsr edib. Ölçüyəgəlməz sayda mövcud olan təkzibolunmaz dəlillər sübut edir ki, Ermənistan Azərbaycana qarşı müharibəni başladıb, Azərbaycana hücum etməklə Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar daxil olmaqla onun ərazilərini işğal edib, kütləvi surətdə etnik təmizləmə həyata keçirmiş və işğal olunmuş ərazilərdə etnik separatçı qurum yaradıb. Müharibənin gedişində Ermənistanın hərbi rəhbərliyi tərəfindən mülki Azərbaycan əhalisinə qarşı ən qəddar beynəlxalq cinayətlər törədilib”.

Diplomat çıxışında Xocalı faciəsinə də toxunub: Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Xocalıda törədilən soyqırımda şəxsən iştirak edərək vəhşilikləri törədən qüvvələrə komandanlıq edib. Bu məqamda prezident Sarkisyanın 2003-cü ildə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala müsahibəsini xatırlatmaq istərdim. Müsahibədə Sarkisyan Xocalı soyqırımını belə xatırlayıb: "Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik”. Bu cümlələrlə Ermənistan prezidenti əslində Azərbaycan tərəfinin müharibə şəraitində olsa belə beynəlxalq humanitar hüquq çərçivəsində qarşı tərəfdən sadəlövh gözləntilərini və sonradan bu gözləntilərdə necə yanıla bildiyini çox gözəl təsvir edib. Ermənistan naziri çıxışında həmçinin BMT qurumlarının Dağlıq Qarabağ bölgəsində insan hüquqlarının vəziyyətini qiymətləndirmək üçün əraziyə səfər etməsinin zəruri olduğunu ifadə edib. Bu xüsusda, Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdim ki, məhz onun ölkəsi tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüquqları kobud şəkildə pozulmuş əhalisinin 1 nəfər belə nümayəndəsi hazırda həmin ərazidə yaşamır. Onlar məcburi köçkün qismində Azərbaycanın işğal altında olmayan digər şəhərlərində yaşayır. Əgər BMT qurumları Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar insan hüquqları pozuntularını qiymətləndirmək niyyətində olsalar onlar Azərbaycanın məcburi köçkünlərinin vəziyyətini öyrənmək üçün Azərbaycana gələ bilərlər”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Siyasət 11:31
İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - yenilənib
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Siyasət 08:30
Prezident gürcüstanlı həmkarına başsağlığı verib
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
Siyasət 08:17
Azərbaycan və Vyetnam arasında bir sıra sənədlər mübadilə edilib
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Siyasət 08:03
İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol