Salyanda DYP postuna silahlı hücum - Polis əməkdaşı yaralandı

Bu gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndində yerləşən 728 saylı DYP postuna silahlı şəxs hücum edib.
"Qafqazinfo”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, ötən gün qanunu pozduğu üçün DYP postunda dayandırılaraq barəsində inzibati protokol tərtib edilmiş Salyan şəhərinin "MTS” adlanan yaşayış massivinin C.Cabbarlı küçəsində yaşayan 30 yaşlı Orxan Cahangir oğlu Bağırov bu gün yenidən həmin yerə qayıdaraq ov tüfəngindən posta tərəf atəş açıb.
Sonra özünə məxsus "Mitsubishi” markalı avtomaşınla Salyan şəhərinə gəlib və DYP əməkdaşlarının "saxla” işarəsinə əməl etməyərək, idarə etdiyi avtomaşını onların üzərinə sürüb. Nəticədə, DYP-nin zabiti, 36 yaşlı Raqib Dəmirov çiyin nahiyəsindən xəsarət alıb.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















