• $
  • €
  • ₽
  • ₺
  • £

26 iyunda hərbi parad keçirilə bilər

26 iyunda hərbi parad keçirilə bilər
12.03.2018 17:44
Qarşıdan Azərbaycan üçün çox önəmli olan tarixi hadisələrin ildönümləri gəlir. Bunlardan mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin, iyunun 26-da isə ordumuzun yaranmasının 100 illiyini xüsusi qeyd etmək olar.

Hər iki mühüm ildönümü ərəfəsində Azərbaycanın hərbi parad keçirə biləcəyi yönündə fikirlər meydana çıxıb.  Belə bir paradın təşkil olunacağı ehtimalı da yüksək dəyərləndirilir. Arqument kimi isə ordumuzun yaranmasının 90 və 95 illərində hərbi paradın keçirildiyi göstərilir.

Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi ilə bağlı hərbi parad keçirilə bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycanın dövlət quruculuğunun və müstəqilliyinin 100 illiyi əlamətdar hadisədir:

"Bu, bir tərəfdən Şərq aləmində bir millətin iradəsinin ən yüksək zirvəsinin qeyd olunmasıdır. Digər tərəfdən isə hazırki dünya reallığında müxtəlif təhlükəli proseslərin getdiyini görməkdəyik. Bu da ondan ibarətdir ki, xalqlar, mədəniyyətlər, sivilizasiyalar toqquşdurulur. Burada bir millətin həyat mübarizəsi, ayaq üstə qalması, milli məfkurəsi ön plana çıxır. Avropa məkanında nə qədər sabitliyi görsək də, yerdə qalan qitələrə sanki dövlətləri dağıtmaq prosesini ixrac edirlər. Belə olan təqdirdə bizim milli amallar ətrafında birləşməyimiz xüsusi önəm daşıyır. Hər kəsə bəllidir ki, Azərbaycan 100 il əvvəl dövlətini quranda da, indi də ordu bütün başqa güclərdən önə çıxıb. Yəni hanısısa bir dövlətin başqa sahələrdə nailiyyətləri, fəlsəfəsi çox ola bilər. Amma əlində silah tuta bilən əsgəri, peşəkar zabitləri formalaşa bilmirsə, bir millət özünü qorumağa qadir ola bilmir”.

Deputat qeyd edib ki, müxtəlif illər ərzində, xüsusilə də sovet dövründə Azərbaycan insanlarını kütləvi olaraq müxtəlif inşaat batalyonlarına göndərməklə onların peşəkarlıq keyfiyyətlərinin formalaşmasına zərbə vurublar.

"Bu, mərkəzdən yönləndirilən bir siyasət olub. Bunun nəticəsində də biz 1990-cı illərin Qarabağ savaşında  qəfil bir müharibə ilə yaxalandıq və nizami ordu birləşmələrinin formalaşması qeyri-mümkün oldu. Əksinə, əlinə silah götürənlər bir-biriləri ilə münasibətlərini aydınlaşdırmağa çalışdılar. Bizdə yaranan xiyabanlar, orada uyuyan şəhidlərimizin bir hissəsi real döyüş əməliyyatlarından peşəkarlıqla keçə bilmədilər. Pərakəndə dəstələr içərisində onlar qurban getdilər. Biz hələ məsələnin siyasi tərəfini demirik ki, o zaman hakimiyyətlər əllərində olan ordu qüvvələrindən necə istifadə etdilər. Çox təəssüflər olsun ki, bu, mənfi miras kimi qalıb. Amma artıq Azərbaycan Ordusu formalaşıb. Və biz deyirik ki, Cümhuriyyət dövründə qurullmuş silahlı qüvvələrin varisidir. İndi isə artıq prezident İlham Əliyev bütün siyasi həyatında silahlı qüvvələrə istinad edir, onlara güvənir, beynəlxalq aləmdə ölkəmizin gücünü artırmaq üçün maksimum dərəcədə yararlanmağa çalışır”.

Zahid Oruc hesab edir ki, Azərbaycanda dövlət müstəqilliyinin qeyd olunması tədbirləri sırasında 28 May daha əlamətdar tədbirlərlə yadda qalacaqsa, 26 İyunda isə hərbi paradın keçirilməsi yerində olardı.

"Deyirdilər ki, qeyri-demokratik dövlətlərdə belə tədbirləri keçirirlər. Artıq ABŞ prezidenti Donal Tramp tərəfindən də bəyanatlar verilib ki, onlar da bu istiqamətdə addımlar atacaqlar. Gücün nümayişi baxımından bu çox əhəmiyyətlidir. Ona görə də ölkəmizin, iqtisadi, ictimai, siyasi həyatında ən son birləşdiyi nöqtə hərbi qüvvələrdir. Keçirilən parad cəmiyyətə yaxşı mesaj verir, nikbinlik yaradır, güvənc doğurur. Qarşı cinah isə bunu təhlükə kimi qarşılayır. Onu da qeyd edim ki, Azərbaycanda keçirilən ötən hərbi paraddan da müəyyən bir dövr keçib. Biz 26 İyunda Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyini qeyd edəcəyik. Ona görə də mən parlament üzvü kimi bu təşəbbüslə çıxış edirəm ki, bu tarixdə hərbi paradın keçirilməsi, mühüm, siyasi, təhlükəsizlik və ictimai məna daşıyır. Mən bu məsələni növbəti iclasda parlament müstəvisində də qaldıracam”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol