• $
  • €
  • ₽
  • ₺
  • £

"Ziya Məmmədovun oğlu xaricdəki anti-milli qüvvələri maliyyələşdirir" - ŞOK AÇIQLAMA

"Ziya Məmmədovun oğlu xaricdəki anti-milli qüvvələri maliyyələşdirir" - ŞOK AÇIQLAMA
14.03.2018 19:47
"Azərbaycanda aparel ayının 11-də keçiriləcək prezident seçkiləri öncəsi Avropa və ABŞ-da yaşayan və özlərini "siyasi mühacir" sayan həmyerlilərimizi eks nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov maliyyələşdirir”,  bu fikirləri unikal.org-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

O, hesab edib ki, vaxtı ilə hakimiyyətdə təmsil olunan şəxslər və onların övladları bu gün Almaniya və digər Avropa ölkələrində Azərbaycan hakimiyyəti əlehinə kampaniya aparan insanlara maddi dəstək göstərir:


"Bu insanları ölkə rəhbərliyi və onun ailəsinə qarşı nəlayiq ifadələr səsləndirməsinə məcbur edənlər vaxtı ilə hakimiyyətdə təmsil olunan oliqarxlardır. Onları maliyyələşdirən şəxslərdən ən birincisi elə Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. O, Avropada şəkil yapışdıranlara külli miqdarda pul paylayır”.

Hafiz Hacıyevin fikrincə, xaricdə Azərbaycan əlehinə təbliğat aparan qüvvələrin ən çox tənqid etdiyi adamlardan biri də özüdür: "Həmin qüvvələr niyə ölkə başçısı və məndən başqa namizədlər haqqında söz demirlər? Burada bəzi qüvvələrin maraqları açıq-aydın hiss olunur! Həmin insanlar Azərbaycan əlehinə xidmət aparan eks məmurların və yaxud xarici qüvvələrin sözünü deyir. Avropada oturub, demokratiyadan danışan insan hansı ağılla başqalarını təhqir edir? Hesab edirəm ki, onlar öncə özlərinə bu sualı verməlidirlər”.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol