Ordunun 100 illiyi ilə bağlı paradda - BİR İLK

İyun ayının 26-da, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakı şəhərində keçiriləcək hərbi paradda maraqlı bir yenilik planlaşdırılır.
Anews.az "AzeriDefence”ə istinadən xəbər verir ki, bu barədə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.
C.Xəlilovun sözlərinə görə, Azərbaaycanın müstəqillik tarixində keçirilən hərbi paradlardan ilk dəfə olaraq builkində İkinci Dünya Müharibəsi veteranları da keçid edəcəklər.
"Planlaşdırmışıq ki, həmin dövrün müharibə veteranları hərbi geyimdə, maşında 416-cı Taqanroq diviziyasının bayrağı ilə tribuna önündən keçsinlər”, – deyə C. Xəlilov bildirib.
Qeyd edək ki, Azərbaycanın müstəqilliyi dövründə - 1991-ci ildən indiyədək Bakı şəhərində dörd (1992, 2008, 2011 və 2013-cü illərdə), Naxçıvan şəhərində isə bir hərbi parad keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















