• $
  • €
  • ₽
  • ₺
  • £

Oliqarxlar təlaşda: zəbt etdikləri torpaqlar geri alınacaq

Oliqarxlar təlaşda: zəbt etdikləri torpaqlar geri alınacaq
07.05.2018 22:33
Deyəsən Heydər Əsədovun Kənd Təsərrüfatı Nazirliyindən çıxarılması ilə oliqarxların ələ keçirdiyi əkinə yararlı torpaqların geri alınması da gerçəkləşəcək.


Modern.az-a daxil olan məlumata görə, nazir postuna təyinat almış İnam Kərimov bu istiqamətdə araşdırmalara başlanması üçün göstəriş verib. Hətta İ.Kərimovun mayın 4-də bölgələrə səfəri zamanı qeyd olunan məsələləri diqqətdə saxladığı bildirilir. Nazirin bu göstərişlərindən qorxuya düşən bəzi oliqarxların canına vəlvələ düşdüyü gələn məlumatlar sırasındadır. 


Qeyd edək ki, bir sıra rayonlarda 1000 hektarlarla əkinə yararlı sahələr, örüş yerləri illərdir hasarlanıb və toxunulmaz ərazilər kimi zənginlərin mülkiyyətində  saxlanılır. Kənd təsərrüfatı üçün yararlı sahələrin məmur-oliqarxlar tərəfindən zəbt edildiyi uzun illərdir heç kimə sirr deyil. Bu faktlar eks-nazir Heydər Əsədova da sirr deyildi, amma nədənsə problemin çözülməsi hansısa səbəblərdən uzadılırdı... 


Hətta dövlət başçısı da zamanında əkinə yararlı torpaqların oliqarxlar tərəfindən zəbt edilməsinə diqqət çəkmişdi:


"Mən bu torpaqlarla bağlı məruzənin hazırlanmasını tapşırmışam. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara aiddir və məndə onların adları var. Yaxın vaxtlarda həmin məsələ ilə bağlı tədbirlər görüləcək və istifadə edilməyən torpaqlar geri alınaraq, kənd təsərrüfatında istifadəyə yönəldiləcək. Ölkədə kənd təsərrüfatı əhəmiyyətli istifadəsiz torpaq qalmamalıdır”. 


Ölkə rəhbəri 2016-cı ildə Sabirabadda keçirilmiş müşavirədə də bu barədə daha sərt danışmışdı. Dövlət başçısı demişdi ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: "Ona görə bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir... Bir qarış torpaq belə boş qalmamalıdır”. 


Ölkə başçısının həmin tapşırıqlarından sonra Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi məsələnin həllinə dair birgə fəaliyyət göstərəcəklərini açıqlasalar da, indiyədək bir nəticə hasil olmayıb... 


Xəzər dənizinin sahili və rayonlardakı əkinə yararlı torpaqlar "kiçik padşahlar”ın toxunulmaz mülkiyyəti olaraq qalmaqdadır. Amma nə vaxtadək?...

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol