• $
  • €
  • ₽
  • ₺
  • £

Kremldən Paşinyana qarşı yeni plan – “Qarabağ kartı” masada

Kremldən Paşinyana qarşı yeni plan – “Qarabağ kartı” masada
13.05.2018 11:44
Rusiya Ermənistandakı nüfuzunu saxlamaq üçün alternativ variantlarını işə salmağa hazırlaşır. Kremlin o qədər də etibar etmədiyi yeni hökumətə qarşı oynaya biləcəyi və əvvəldən hazırlanmış "kartlar” arasında Qarabağ məsələsi də var.
Teleqraf.com xəbər verir ki, bu iddia Ermənistan KİV-də ekspertlərin dilindən səsləndirilir.
Erməni mənbələrin iddialarına görə, baş nazir seçildikdən sonra Rusiyaya qarşı ritorikasını sərtləşdirən Nikol Paşinyanın Qərbə meyillənmiş siyasəti Kremli narahat etməyə başlayıb. Üstəgəl, yeni baş nazirin Azərbaycana yönəlik sərt bəyanatlar verməsinin də, Kremlin dəsti-xətti olmadığı müzakirə edilən məsələlər sırasındadır:
"Paşinyan hələlik müstəqil dövlət başçısı kimi görünür. Onun sərt ritorikasının ölçülüb-biçilmədiyi də açıq formada görünür. Prezident Armen Sərkisyanın bir neçə gün əvvəl onun haqda verdiyi "Bir sıra məsələləri bizimlə məsləhətləşsə, yaxşıdır”, açıqlaması da göstərir ki, Ermənistanın daxili siyasətinin koordinasiyasını həyata keçirən Rusiya Paşinyanı sərbəst buraxıb. Lakin yeni baş nazirin qurduğu komandanın içində Moskvanın gizli məsləhətçilərinin və "boz kardinallarının” olduğuna şübhə yoxdur. Buna görə də düşünmək olar ki, hələ bir müddət də, Paşinyan özünəxas ritorikasından yorulanadək, belə desək, Rusiyanın "saman altından endirəcəyi ağır zərbə”dən silkələnib qorxuyla üzləşənədək belə davam edəcək. O, hələlik ona verilmiş gizli icazədən xəbərsizdir”.
Erməni ekspertlər Nikol Paşinyana qarşı işlə salınacaq təzyiq mexanizmləri arasında Qarabağ məsələsinin olduğuna diqqət çəkirlər və ehtimal edirlər ki, əgər yeni baş nazir çəkilmiş "qırmızı xətti” keçsə, Rusiya Azərbaycanı dəstəkləyəcəyi müharibəyə "yaşıl işıq” yandıra bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol